Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Aprel

2015
13:42
İranın Yəmən böhranının həlli üzrə təklifi BMT-yə təqdim olundu

İranın BMT-dəki nümayəndəliyi İran İslam Respublikası xarici işlər nazirinin Yəmən böhranının həlli üzrə dörd bənddən ibarət olan təklifini bu təşkilatın katib əvəzinə təhvil verib.

Zərifin Ban Ki Muna məktubunda son xarici təhrikedici hava hücumları nəticəsində acınacaqlı hal almış Yəmənin vəziyyətinə toxunulur. Məktubda bildirilir: Bu hücumlar açıq-aşkar beynəlxalq hüququn ilk əsas prinsiplərini pozub və BMT əsasnaməsinin prinsip və məqsədləri, xüsusilə də güc və yaxud gücdən istifadə etmək hədəsindən çəkinməyin vacibliyi görməməzliyə vurulub. 

İran İslam Respublikası bildirir ki, bu çəkişmənin hərbi həll yolu yoxdur və sülh və stabilliyin bərqərar edilməsinin yeganə yolu bütün yəmənli partiyaların xarici müdaxiəl olmadan milli vəhdət hökumətini təşkil etməsi istiqamətində şəraitin yaradılmasıdır. 

İran İslam Respublikası bu məqsədlərə çatmaq üçün BMT əsasnaməsi çərçivəsində və beynəlxalq humanitar hüquq prinsipləri əsasında təklif edir: 1. Atəşkəsin bərqərar olunması və bütün xarici hərbi hücumların dərhal dayandırılması. 2. Təcili və təxirəsalınmaz humanitar yardımların Yəmən vətəndaşlarına göndərilməsi. 3. Yəmən xalqının nəzarəti altında və bütün siyasi partiya və ictimai qrupların nümayəndələrinin iştirakı ilə milli dialoqun yenidən başlanması. 4. Yəmən milli vəhdət hökumətinin təşkil olunması.

İran ümidvardır ki, BMT öz səlahiyyətlərindən istifadə edərək və toqquşan tərəflərlə məsləhətləşərək hədəfsiz bombardmanlara son qoymaq, eləcə də bu faciəvi böhranın siyasi həll yolunun tapılması məqsədilə həqiqi danışıqlara başlamaq üçün lazımi təşviqi həyata keçirəcəkdir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
396
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 09:52





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru