Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Aprel

2015
16:36
776
Erməni əsgər anaları Qarabağa buraxılmır

Əsgər anaları separatçı Qarabağ Ordusunda tüğyan edən yoluxucu xəstəliklərə düçar olmuş övladlarından narahatdırlar

Azərbaycanın işğal olunmuş ərazilərində, xüsusilə də Ağdərə rayonunun Madagiz və Talış kəndlərində mülki əhali və hərbçilər arasında kütləvi şəkildə vərəm və bu tipli infeksion xəstəliklər yayılıb. Artıq həmin ərazilərdə olan hərbi hissələrdə xidmət edən hərbi qulluqçular və mülki əhali məcburi qaydada rentgen-flüoroqrafiya vasitəsilə müayinədən keçirildikdən sonra stasionar müalicəyə cəlb olunublar. Xocavənd rayonunda dislokasiya olunmuş hərbi hissələrin birində isə hərbi qulluqçular arasında “suçiçəyi” xəstəliyinin kütləvi şəkildə yayılması, yeni açılmış tibb məntəqəsinin xəstələrlə dolması ilə nəticələnib.

Bundan başqa, 24 aprel tarixində qondarma “erməni soyqırımı” ərəfəsində guya Azərbaycan tərəfindən cəbhə boyu genişmiqyaslı hərbi əməliyyatların həyata keçiriləcəyi barədə yayılan xəbərlər Dağlıq Qarabağdakı mülki əhali və hərbi qulluqçular arasında ciddi təşvişə səbəb olub. Hərbi qulluqçuların valideynlərinin və yaxınlarının onlara “Vətəni qorumaq” deyil, nəyin bahasına olursa-olsun evlərinə salamat qayıtmaları barədə çağırışları isə erməni hərbçiləri arasında xidmətə qarşı soyuqluq və ümidsizlik yaradıb.

Beynəlxalq “Human Rights House” təşkilatının İrəvan bürosunun üzvü, jurnalist  Zaruhi Hovhannisyan “Aravot” qəzetinə müsahibəsində bildirir ki, ölən hərbi qulluqçuların ölüm səbəblərini araşdıran “Mayreri viştı” (“Anaların ağrısı”) təşkilatının üzvləri yaranmış vəziyyətlə bağlı Ermənistan rəhbərliyindən hesabat tələb edirlər. Onlar Qarabağdakı separatçı rejimin ərazisinə daxil ola bilmədikləri üçün övladlarının yaşayıb və ya həlak olmasından xəbərdar ola bilmirlər. İnfeksiyon və yolxucu xəstəliyə tutulanlar, müalicələri başa çatmamış ailələrinin himayəsinə qaytarıldığından, maddi sıxıntıdan əziyyət çəkən ailənin digər üzvlərinin də yoluxmasına şərait yaradırlar.

“Mayreri viştı” (“Anaların ağrısı”) təkilatı Ermənistanda “Əsgər anaları” ictimai birliyinə üzv olan təşkilatları hökumətdən hesabat tələb etməyə, Dağlıq Qarabağdakı separatçı rejimin ərazisinə daxil olmaq üçün tətbiq etdiyi süni maneələri ləğv etməyə, Dağlıq Qarabağdakı separatçı rejimin özbaşınalığına imkan verməməyə və təşkilatları birləşdirərək birgə mübarizə aparmağa çağırıb.

Qeyd edək ki, cəbhədəki gərginlik, sürətlə yayılan infeksion və yoluxucu xəstəliklər ön xətdə xidmət edən erməni hərbi qulluqçularla yanaşı onların ailələrinin də təşvişinə səbəb olub.  Nəticədə erməni hərbi qulluqçular ilə onların ailə üzvləri arasında rabitə əlaqələrinin kifayət qədər intensivləşməsi qeydə alınmışdır. Ermənistanda fəaliyyət göstərən rabitə operatorlarının məlumatına görə, son 3 ay ərzində Ermənistan ilə işğal olunmuş Dağlıq Qarabağ əraziləri arasında mobil telefon danışıqlarının sayı bir neçə dəfə artmışdır.

Regional Sabitlik və Təhlükəsizlik Mərkəzi

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Qalatasaray" ilk transferini etdi

21

May
13:00
İDMAN
46

Babək prospektində yol çökdü - FOTO

21

May
12:51
HÜQUQ,HADİSƏ
750

Bu rüsumlar artırılır - SİYAHI

21

May
12:41
HÜQUQ,HADİSƏ
54

Axtarışda olan 28 nəfər saxlanıldı

21

May
12:33
HÜQUQ,HADİSƏ
36

Valideynlərə XƏBƏRDARLIQ

21

May
11:50
AİLƏ, SAĞLAMLIQ
118

Ağdaşda 1 tona yaxın narkotik məhv edildi

21

May
11:22
HÜQUQ,HADİSƏ
1862
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 13:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru