Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Aprel

2015
11:18
Amerika “Bakıda inqilab” hazırlamaqda ittiham olundu - Amerikalı tərəfindən
Bu dəfə amerikalı analitiklər Vaşinqtonun keçmiş SSRİ məkanındakı planlardan yazdılar

“Vaşinqton Azərbaycanı rəngli inqilabların hədəfi kimi nəzərdən keçirir”. Bu barədə nüfuzlu amerikalı analitik, Reyqan administrasiyasında işləmiş, sonralar “The Wall Street Journal”, “Businesweek” kimi nəşrlərin baş redaktoru olmuş Pol Kreyq Roberts “Personal Liberty” portalında dərc edilmiş məqaləsində yazıb.

Pol Kreyq Robertsə görə, Amerika administrasiyası Ermənistan, Özbəkistan və Qırğızıstanda ya hakimiyyətləri inqilab yolu ilə devirməyə, ya da onların Vaşinqtona loyallığını satın almağa çalışacaq. Onun fikrincə, Ağ Ev dövlət katibinin müavini Viktoriya Nulandı Bakıya və İrəvana təsadüfən göndərməmişdi. 

Eyni zamanda pensiyaya çıxmış diplomat, rəngli inqilabların konstruktoru hesab olunan Riçard Maylzın geri çağırılaraq Qırğızıstana müvəqqəti işlər vəkili göndərilməsi təsadüfi deyil. Özbəkistana səfir göndərilən Pamela Spartlenin qarşısında isə bu ölkənin hakimiyyətinin ABŞ-a sadiqliyini “satın almaq” missiyası qoyulub. Amerikalı analitikin məqaləsinin xülasəsinə Rusiyanın “Voennoe Obozrenie” (“Hərbi İcmal”) nəşri yer verib. Bu nəşr Rusiya Müdafiə Nazirliyinə yaxındır. (virtualaz.org) 

Digər amerikalı analitik Stiven Mak-Millan da eyni fikirdədir. Rusiya hərbi nəşrinin yazdığına görə, o, Kanadanın“Global Research” portalında dərc edilmiş məqaləsində göstərir ki, ABŞ Rusiyaya qarşı əsl geosiyasi müharibə aparır. Bu məqsədlə  Mərkəzi Asiyada yeni cəbhə açılıb-orada Vaşinqton rəngli inqilablar, çevrilişlər, qeyri-stabillik üçün zəmin hazırlayır, Moskvanın mövqelərini zəiflətməyə və Rusiyanı tam təcrid etməyə cəhd edir. Analitik hesab edir ki, Qərb Ukraynada tətbiq etdiyi “uğurlu modeli” Ermənistan, Qırğızıstan və Azərbaycanda da sınaqdan keçirmək istəyir.

Qırğızıstan Avrasiya İttifaqına daxil olmağa qərar verdiyi üçün bu Orta Asiya ölkəsində hakimiyyəti devirmək ABŞ-ın mühüm vəzifəsidir. Analitik yazır ki, Qırğızıstanda inqilab təşkil etmək üçün Riçard Maylz Bişkekə göndərilib. O, Gürcüstandakı “qızılgül inqilabı”nın baş rejissoru idi. Vaşinqton Qırğızıstanda hakimiyyəti inqilab yolu ilə dəyişməklə yanaşı Özbəkistanda Kərimov rejimini ələ almağı planlaşdırır. Əgər bu baş tutmasa Vaşinqton orada xaos yaradacaq.

Analitik Viktoriya Nulandın fevral ayında Cənubi Qafqaza səfərinin əsas məqsədlərindən birinin Ermənistanda inqilaba zəmin hazırlamaq olduğunu, diplomatın bu məqsədlə QHT-lərlə qapalı görüş keçirdiyini qeyd edir. Həmin görüşdən sonra Rusiya və Ermənistan narahat olublar, Ermənistan QHT-lərə dair qanunu sərtləşdirməyi qərara alıb. “Azərbaycan hakimiyyətindəki adamlar da narahatdırlar. Onlar istəmirlər ki, ölkələrini rəngli inqilabların alovu bürüsün” deyə, analitik qeyd edir.

“Voennoe Obozrenie” qeyd edir ki, Qərbin bu planları Rusiya tərəfindən yaxından izlənir, prezident Putin Avrasiya regionunda sabitliyi qorumaq və rəngli inqilablara imkan verməmək üçün iş aparır.

Qeyd edək ki, ötən həftə Rusiya Dövlət Dumasının beynəlxalq işlər üzrə Komitəsinin sədri Aleksey Puşkov Bakıdakı ABŞ səfirliyini “narıncı inqilab” hazırlamaqda ittiham etmişdi.  “Amerikanın Bakıdakı səfirliyinin fəaliyyəti bir sıra suallar doğurur, o cümlədən onların fəaliyyətinin siyasi aspektləri. Axı Amerikanın xarici siyasətində ”narıncı inqilab" tematikasını heç kim ləğv etməyib" deyə, Puşkov bildirmişdi. Puşkov demişdi ki,  “ABŞ-ın bir sıra ölkələrdə”narıncı inqilabları" inadla dəstəkləməsi Azərbaycan rəhbərliyi tərəfindən ABŞ-la münasibətlərdə nəzərə alınır".  O, “ABŞ-la münasibətlər dövlət üçün çox təhlükəli olar” deyə, dolayısı ilə rəsmi Bakıya xəbərdarlıq da etmişdi. 

ABŞ səfirliyi isə cavab bəyanatında Puşkovun dediklərinin əsassız və dəyərsiz hesab etdiklərini bildirmişdi. 

Ekspertlərə görə, Moskvanın vaxtaşırı olaraq Vaşinqtonu  Azərbaycanda “narıncı inqilab” hazırlamaqda ittiham etməsi, eləcə də bu cür mövzuları gündəmə gətirməsi Kremlin Azərbaycanın ABŞ ilə yaxınlaşmasından narahatlığını göstərir. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
17018

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
15677

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
17062

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
16655

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
22065

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
16566

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
16685
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-08-2020 12:07





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru