“İslamda maarif işığını görənlər onu hamıya göstərməyi də bacarmalıdır”

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Aprel

2015
11:28
2942
“İslamda maarif işığını görənlər onu hamıya göstərməyi də bacarmalıdır”
İlham Əliyev “İslam maarifçiliyi və müasir dövr” Beynəlxalq Bakı konfransına ünvanladığı məktubda belə deyib

FaktXəbər-in verdiyi məlumata görə, Azərbaycan prezidenti İlham Əliyevin “İslam maarifçiliyi və müasir dövr” Beynəlxalq Bakı konfransının iştirakçılarına məktub ünvanlayıb. Məktubda konfrans iştirakçıları salamlandıqdan sonra deyilir:

Bu gün sürətlə qloballaşan dünyada etnik-dini zəmində baş verən münaqişələr, dini ekstremizm və islamofobiya kimi zərərli təzahürlər, dinin şübhəli siyasi ambisiyalara alət edilməsi cəhdləri, təəssüf ki, acı gerçəklikdir. Buna görə də cəmiyyətdə dinin işıqlı yeri və maarifçilik rolu, beynəlxalq münasibətlər sistemində dinin birləşdirici missiyası, bəşəriyyətin gələcək taleyi naminə sivilizasiyalar və dinlərarası dialoq zərurəti getdikcə xüsusi aktuallıq kəsb edir.

Dünyanın tolerantlıq və multikulturalizm mərkəzlərindən birinə çevrilməkdə olan Azərbaycanda islam maarifçiliyi və müasir dövr kimi mühüm bir mövzu ətrafında tanınmış dini liderlərin, hökumət və dövlət rəsmilərinin, görkəmli alimlərin, din mütəxəssislərinin, nüfuzlu beyin mərkəzləri təmsilçilərinin bir araya gəlməsini son dərəcə təqdirəlayiq hal hesab edirəm. İslamın daxilindəki maarif işığını görənlər onu hamıya göstərməyi də bacarmalıdırlar. Bu baxımdan, keçirilən konfransın elmi tərəfi ilə yanaşı, həm də böyük ictimai əhəmiyyəti var. 

Tarixən müxtəlif dinlərin dinc və azad şəklidə yaşayıb formalaşdığı ölkəmizdə bu gün sistemli və harmonik din siyasəti həyata keçirilir. Belə harmoniyaya nail olmağımız Azərbaycanın beynəlxalq nüfuzunu artırır və sizin mötəbər konfransınızın məhz Bakıda keçirilməsi bunu bir daha sübut edir. 

Əminəm ki, bugünkü beynəlxalq toplantınızda din və cəmiyyət mövzusunda bir sıra qlobal problemlər və Azərbaycanın dövlət-din münasibətləri sahəsində nümunəvi təcrübəsi ilə bağlı ciddi müzakirələr aparılacaq, gəldiyiniz nəticələr dinlərarası əməkdaşlığın inkişafına, mütərəqqi dini maarifçiliyə, etnik-dini dözümlülük, həmrəylik və sülh işinə öz layiqli töhfəsini verəcəkdir.

Bu xeyirxah və nəcib işdə hər birinizə cansağlığı, konfransınıza uğurlar arzulayıram. 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2018 07:36



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com