Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Aprel

2015
11:26
2245
Tibb Universitetində pulsuz ingilis dil kursları

Tibb Universitetində tələbələr üçün ödənişsiz xarici dil kursları təşkil edilib.

Müasir dövrdə gənclərin xarici dil, xüsusilə də ingilis dilini bilməsi çox önəmlidir. Dil bacarıqları  tələbələrin beynəlxalq təcrübəni daha yaxşı mənimsəməsinə, əlaqələri genişləndirməsinə, konkret fənn ilə bağlı daha çox bilik əldə etməyə imkan verir. Tibb elminin daim inkişaf edən bir sahə olduğunu nəzərə alaraq ingilis dili biliklərinin ATU tələbələri üçün daha çox əhəmiyyət kəsb etdiyini deyə bilərik.  Bu məsələdə tələbələrə yardım etmək məqsədilə Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, akademik Ə.T.Əmiraslanovun dəstəyi nəticəsində  Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində tələbələr üçün pulsuz danışıq kursları (Conversation Club)  təşkil edilib.    

Bu haqda  FaktXəbər-ə ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Elşad Novruzov məlumat verib. 

Onun sözlərinə görə, bu kurslarda ingilis dilində başlanğıc (Beginner) və orta səviyyələr (İntermediate) üçün xüsusi proqramlaşdırılmış dərslər keçirilir.

Kursların tamamilə ödənişsiz olduğunu xüsusi qeyd etmək lazımdır. Bu, tələbələrin xarici dillərlə daha intensiv məşğul olmasına imkan yaradacaq. 

Qeyd edək ki, ingilis dilində danışıq klubunun yaradılması layihəsi ATU-nun II müalicə profilaktika fakültəsinin 3-cü kurs tələbəsi Sərxan Həsənlinin başçılığı ilə icra olunur. Dərslər həftədə 2 dəfə - şənbə və bazar günləri ATU-nun  tədris binasında (fizika-kimya korpusu) keçirilir. 

Kursda iştirak etmək üçün facebookda “Medicalconversationamu” qrupuna qatılmaq lazımdır. 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2018 22:59



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com