Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Aprel

2015
17:21
1602
İrandan Qarabağ xəbərdarlığı

"Dağlıq Qarabağ münaqişəsi zonasında "seçkilər"in keçirilməsi regionda vəziyyətin gərginləşməsinə səbəb olacaq məsələlərdən biridir. Bu kimi hərəkətlərdən ciddi şəkildə çəkinilməlidir".

Bunu Azərbaycanın işğal olunmuş ərazisində mayın 3-də keçiriləcək qondarma "parlament seçkisi" ilə bağlı Trend-in sorğusuna cavab olaraq İranın Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumatda qeyd edilib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İranın mövqeyində heç bir dəyişiklik baş verməyib:

"İran Prezidenti Həsən Ruhaninin Bakıya səfəri zamanı iki ölkə müştərək bəyanat yayımlayıb və həmin bəyanatda İslam Respublikasının Dağlıq Qarabağla bağlı mövqeyi öz əksini tapıb. İran münaqişə tərəflərindən istəyir ki, regionda vəziyyətin gərginləşməsinə səbəb olacaq hər hansı bir hərəkətin baş verməsindən çəkinsinlər".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
74

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1339
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 05:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru