Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Aprel

2015
15:21
1359
Bu “toy”un sifarişçisi kimdir?

Uzun illərdi Azərbaycan telekanalları ölkə vətəndaşları tərəfindən boykot edilib. Çünki, eyni ruhlu, dayaz, süni, mənasız proqramlar efirdə “at oynadır”. Vəziyyət o həddə çatıb ki, hakimiyyətin sözçüsü kimi çıxış edən “Azərbaycan” qəzeti də telekanalları sərt tənqid edib. “Efirdən bizə toy tutub özlərinə toy tutanlar” adlı məqalədə tam reallıq əks olunub:

“Yaradıcılıqlarını toya hesablayan, sənətlərinin ”toy tutmaq"dan ibarət olduğunu zənn edən müğənni, rəqqas və “tamada”lar yaxşı bilirlər ki, çox efir çox toy deməkdir. Elə isə telekanalların “bağlı” qapılarını açmaq üçün niyə “minnətçi” düşməsinlər?! Bunu biz demirik, özləri etiraf edirlər. Ümumiyyətlə, bizim “efir ekspert”lərinin əksəriyyəti bir qayda olaraq belələridir, yəni davranışları, həyat tərzləri, dünyagörüşləri, savadları və nəhayət, sənətləri ilə başqalarına nümunə ola bilməyəcək kəslər! Indi nə edək, belələri toy tutacaqlar deyə, efirdən hər gün, hər saat bizə toy tutmalıdırlar?! Hara baxır həmin telekanalların rəhbərləri, görəsən, öz verilişlərindəki bu üzdəniraq vəziyyəti görmürlər?! Səviyyə haradan olsun ki?! Bir verilişin ki, baş “qəhrəman”ları aşbaz və toy müğənnisidir, ondan səviyyə gözləməyə dəyərmi? Şükürlər olsun, indi Azərbaycanda bütün sahələr üzrə müasir biliklərə malik savadlı mütəxəssislər, ekspertlər var. Olmayan onları görüb verilişlərə dəvət etmək istəyidir! Nəylərinə lazım, onlardansa müğənni sərfəlidir, həm verilişi “feyziyab” edir, həm də... Allah bərəkət versin" - deyə məqalənin bir hissəsində deyilir. 

Məqalədə o da etiraf olunur ki, ölkə vətəndaşı çanaq antennalarına üstünlük verir və bu düşük telekanallara baxmır.

Yuxarıda da qeyd etdiyimiz kimi məqalədə yazılanlar həqiqətdir, haqlı iraddır. Amma sual meydana çıxır? Niyə belə bir mənəzərə yarandı? Bu əttökən reallığı Azərbyacan teleməkanına kim gətirdi? Təbii ki, məqalə müəllifi bunu da bilməmiş deyil. Sadəcə olaraq, cəsarət limiti bura qədər imiş.

Bu gün imtina etdiyimiz, baxanda ikrah hissi keçirdiyimiz, bayağı şou ilə əhatə olunmuş telekanallar Azərbaycan hakimiyyətin yetirməsidir. Bir anlıq təsəvvür edin ki, bu bayağı verilişlər efirdən yığışdırılır. O zaman nə baş verər? Bəli, efir boş qalar, telekanallar donar. Çünki, alternativ proqramların hazırlanmasına, efirə verilməsinə icazə verilmir. Xatırlayırsınızsa, bir zamanlar siyasi verilişlər var idi. Bu verilişlərdə debatlar təşkil edilirdi, fərqli fikirlər səsələndirilirdi, müxalifət və iqtidar nümayəndələrinə suallar ünvanlanırdı və .s  Hətta tənqidi yumoristik verilişlər var idi ki, xeyli tamaşaçı auditoriyasına malik idi. Yaxud, sosial problemləri işıqlandıran proqramlar efir üzü görürdü, dini verilişlər yayımlanırdı, intellektual yükü olan layihələr var idi. Amma hakim iradə bütün bu alternativlərin kökünü kəsdi.  Azərbaycan teleməkanı hakimiyyətin aşırı tərifinə və bayağı şouya təslim edildi. Artıq AzTv gülüş hədəfinə çevrilib. Adamlar bir-biri ilə  “AzTv kimi danışırsan” deyə zarafat edirlər. Azərbaycan tamaşaçısı iki səviyyəsiz müğənninin söz savaşına baxmağa məcbur edilib. 

Şounu o qədər prestijə mindiriblər ki, artıq məmurlar, məmur övladları da oxumaq, bəstələmək, oynamaq həvəsinə düşüblər.  Bir sözlə, teleməkanı bayağı şouya çevirən mövcud hakimiyyətdir. 

Daha dəqiq desək bu “toy”un sifarişçisi də, ev sahibi də  hakimiyyətdir. Əgər telekanallar “xətt”dən çıxsalar, onlara da “toy” tutarlar.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
150

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1762

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
312

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1223

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
381
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2019 19:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru