Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Aprel

2015
16:39
Azərbaycanda general oğlunu polisə təslim etdi - YENİLƏNİB

Şərif Əsədullayevin oğlunu öz əllərilə polisə təhvil verdiyi deyilir 

DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayev məhkəmə önünə çıxarılıb.

Məhkəmənin qərarı ilə T.Əsədullayev barədə iki aylıq həbs-qətimkan tədbiri seçilib. Generalın oğlu CM-in 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunur.

Baş Prokurorluqdakı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, Tamerlan Əsədullayev artıq 1 saylı Kürdəxanı İstintaq Təcridxanasına köçürülüb.

Qeyd edək ki, Tamerlan Əsədullayev həmçinin QMİ sədri Hacı Allahşükür Paşazadənin bacıs; oğludur.

***

15:40

Yasamal rayonunda, Nəriman Nərimanovun heykəli olan ərazidə fəaliyyət göstərən restoranların birində insident baş verib. İnsidentdə DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlunun adı hallanır. “Azadlıq”a daxil olan məlumatda bildirilir ki, generalın oğlu Tamerlan Əsədullayev restoranda bir neçə nəfərlə mübahisə edib. Mübahisə davaya çevrilib və qarşı tərəfdən bir nəfər bıçaqlanıb. Hazırda iş üzrə 26-cı polis bölməsində araşdırma aparıldığı bildirilir.

Məlumatla bağlı DİN-dən mövqe öyrənmək mümkün olmayıb.

"Azadlıq"a daxil olan məlumatda deyilir ki, Tamerlan Əsədullayev barəsində artıqv 4 aylıq həbs-qətimkan tədbiri seçilib və o, Kürdaxanıdakı istintaq təcridxanasına göndərilib.

Hadisə barədə strateq.az saytının yaydığı məlumatda isə deyilir ki, oğlu Tamerlanı Şərif Əsədullayevin özü polisə təhvil verib və qanunun tələblərinə uyğun cəzalandırılmasını istəyib. Belə ki, məlumata görə, Tamerlan Əsədullayev hadisəni törədəndən sonra qaçıb gizlənibmiş. Atası xəbəri eşidən kimi oğlunu tapdırıb, özü tənbeh etdikdən sonra polisə apararaq təhvil verib və həbs olunmasını istəyib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4931

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3348

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2672

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2223
Şərhlər
Fariz tərəfindən 12-04-2015 03:43:42 tarixində yazıldı
Edalet
Halal olsun Size General. Teki olkemizde bele vicdanli generallarin sayi bir az cox olaydi. Kimliyinden asili olmayaraq cinayet toreden shexs qanun qarshisinda cavab vermelidir.
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2020 10:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru