Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Aprel

2015
12:52
Yaxın 2 gün ərzində hava küləkli və yağıntılı olunacaq

Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksəlməsi və güclü xəzri küləyi meteohəssas insanlar üçün əsasən əlverişsizdir

Aprelin 10-da Bakı və Abşeron yarımadasında hava şəraitinin hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı  gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən FaktXəbər-ə verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Axşama doğru yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-8, gündüz 10-14 dərəcə isti olacaq. 

Sabah Azərbaycanın rayonlarına bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar və qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 13-18, dağlarda gecə 0-4, gündüz 4-7 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, aprelin 10-11-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksələcəyi və güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43381

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41658

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43311

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42772

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48289

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42823

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43254
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-09-2020 17:44





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru