Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Aprel

2015
15:22
Robert Köçəryan: `Ermənistan iflasa gedir`

Ermənistanın sabiq prezidenti Robert Köçəryan növbəti dəfə Serj Sərkisyan hakimiyyətini tənqid edən açıqlamlar verib. 2rd.am saytına müsahibəsində "Çiçəklənən Ermənistan" Partiyasının sədri Qaqik Tsarukyanın istefasını, Ermənistan hakimiyyətinin mövcud kadr siyasətini tənqid edib:

"Mən son illərin siyasi proseslərini diqqətlə izləsəm də, heç vaxt onların iştirakçısı olmamışam. Qaqik Tsarukyanla yaxşı münasibətlərim var idi. Bununla belə, pərdəarxası heç bir siyasi razılaşmamız və əməkdaşlığımız yox idi. "Çiçəklənən Ermənistan" Partiyasını dağıtmaqla təbii ki, iqtidardakı Respublika Partiyası öz işini asanlaşdırıb. Ölkədəki siyasi monopoliya toxunulmaz qaldığı üçün digər siyasi-sosial problemlər də qabarıq şəkildə özünü biruzə verir".

Robert Köçəryan Sərkisyan hakimiyyətinin iqtisadi siyasətiin də tənqid edib. O, yalnız İran üzərindən sanksiyaların geri götürülməsinin və neftin qiymətinin ucuz qalmasının Ermənistanı xilas edəcəyini düşünür:

"Xarici valyuta ehtiyatlarımızın bir neçə il ərzində ardıcıl azalması istənilən ekspert rəyindən daha aşkar nümunədir. Xarici borclarımız artmaqda davam edir. İllik 7,5 faizlə avrobond səhmlərinin alınması ölkə iqtisadiyyatının bərbad durumunu göstərir və Ermənistanı iflas olmaqla üz-üzə qoya bilər. Bunun çarəsizlikdən edildiyini anlayıram, amma borca girmək çıxış yolu deyil.

İki müsbət məqamı qedy etmək istərdim:

1. İranın nüvə proqramı ətrafında yaranmış gərginliyin çözülməsi və sanksiyaların aradan qaldırılması. Bu, Ermənistan iqtisadiyyatı qarşısında yeni perspektivlər açacaq və regionun geosiyasi vəziyyətini tarazlayacaq.

2. Neftin qiymətinin dünya bazarında uzunlaşması. Neftin qiymətinin ucuz olması Azərbaycanı öz hərbi potensialını əvvəlki kimi artırmağa imkan verməyəcək. Ölkə rəhbərliyi öz valyuta ehtiyatlarının və neft-qaz gəlirlərinin əsas hissəsini sosial stabilliyin həllinə yönəltməyə məcbur olacaq. Bu isə Azərbaycanın son illərdəki hərbi ritorikasını bir az soyudacaq".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54071

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52189

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53629

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53369

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58718

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52994

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53383
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-11-2020 05:57





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru