Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Aprel

2015
16:55
Məzahir Pənahov siyasi partiyaları təhdid etdi

Bu gün Mərkəzi Seçki Komissiyasında illik maliyyə hesabatını təqdim etməyən partiyalar barədə müzakirə aparılıb. MSK katibi Arifə Muxtarova deyib ki, bu partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verilməlidir.

Qurumun katibi Mikayıl Rəhimov tanınmış partiyaların tanınmayan, bir özləri, bir möhürləri olan, vergi verməyən partiyaların hesabat təqdim etmədiyini söyləyib. O, Ədliyyə Nazirliyinə müraciət edilməsini, nazirlik tərəfindən həmin partiyaların fəaliyyətinin araşdırılmasını zəruri sayıb. MSK sədri Məzahir Pənahov qeyd edib ki, bu partiyaların fəaliyyəti indiyə qədər Ədliyyə Nazirliyi tərəfindən dayandırılmayıb: “İstəmirik ki, Ədliyyə Nazirliyi MSK-nın fəaliyyəti nəticəsində siyasi partiyaların fəaliyyətini dayandırsın”.

M. Pənahov deyib ki, maliyyə əməliyyatlarının olub-olmamasından asılı olmayaraq, partiyalar illik maliyyə hesabatlarını təqdim etməlidir. Mətbuatın partiyaları maarifləndiriləsi sahəsində önəmli rol oynadığını və bundan sonra da bu sahədə məlumatlandırmadan mətbuatdan dəstək gözlədiklərini deyən MSK sədri məsələ ilə bağlı son qərar verməməyi, müzakirəni davam etdirməyi məqbul sayıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
358

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
695
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-05-2020 17:39





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru