Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Aprel

2015
12:39
Polis rəisi `Palıdlı sahil`də baş verənlərə münasibət bildirdi

Lənkəranda quldurluq hadisəsi törədən qrupun daha iki üzvü tutulub. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) rəisi Möhübbət Hüseynovun APA-ya verdiyi məlumata görə, martın 29-da Lənkəran şəhərində 4 naməlum şəxs Şamaxı rayon sakinləri Cəsarət Əmrahovu və Ruslan Mirzəyevi döyərək onlardan 1400 manat pul alıb.

ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 29-da hadisəni törətməkdə şübhəli bilinən Lənkəranın Aşağı Nüvədi kənd sakinləri Şamxal Bağırov və Famil Babazadə tutulublar. Polis rəisi bildirib ki, Lənkəran rayonu ərazisində mart ayının 31-də keçirilən əməliyyat zamanı hadisədə iştirak edən digər iki nəfər - Ələsgər Rahim oğlu Həsənzadə və Seyidağa Böyükağa oğlu da yaxalanıb.

M. Hüseynov bəzi KİV-də həmin şəxslərin saxlandığı “Palıdlı Sahil” restoranının deputat Hadi Rəcəbliyə məxsus olması barədə yayılan məlumatları da təkzib edib.

Qeyd edək ki, APA məlum hadisə ilə bağlı martın 30-da Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat yayıb.Məlumata əsasən, martın 29-da Lənkəran şəhərində şəxsiyyəti məlum olmayan 4 nəfər Şamaxı rayon sakinləri Cəsarət Əmrahovu və Ruslan Mirzəyevi zorla “Chevrolet” markalı avtomobilə oturdub Aşağı Nüvədi kəndinə apararaq döyüb və bıçaqla hədələyərək onlardan 1400 manat alıb.

Keçirilən əməliyyat nəticəsində hadisəni törədənlərdən Aşağı Nüvədi kənd sakinləri Şamxal Bağırov və Famil Babazadə tutulublar.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3502

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2617

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2023

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1776
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-03-2020 22:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru