Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Aprel

2015
20:59
Polis mitinqlə bağlı xəbərdarlıq etdi

“Qanuna zidd əməllərə yol verilməyəcək”.

Milli Şuranın üzvləri - Fuad Qəhrəmanlı və Namizəd Səfərov Bakı Şəhər Baş Polis İdarəsinə (BŞPİ) çağırılıblar.

F. Qəhrəmanlı açıqlamasında bildirib ki, BŞBPİ-nin rəis müavini Səhlab Bağırov və nümayəndəsi onları qəbul edib.
 
S. Bağırov Milli Şuranın qiymət artımına etiraz məqsədilə aprelin 5-də 15:00-dan 17:00-a kimi Yasamal rayonu ərazisində yerləşən keçmiş “Məhsul” stadionunda keçirəcəyi mitinqlə bağlı onlara xəbərdarlıq edib.
 
Milli Şura üzvlərinə bildirilib ki, aksiya zamanı iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar:

“Biz də bildirdik ki,  tərəfimizdən hər hansı qanuna zidd əməllərə yol verilməyəcək və aksiyanın dinc şəraitdə keçirilməsini təmin edəcəyik”.
 
Xatırladaq ki, Milli Şuranın mitinqi Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4678

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3167

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2526

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2096
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-04-2020 08:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru