Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Aprel

2015
16:40
654
Məleykə Abbaszadə rus bölməsi abituriyentlərinə müraciət etdi

V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu may ayının 5-dən 18-dək aparılacaq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından FaktXəbər-ə verilən məlumata görə, qəbul qaydalarına əsasən həmin abituriyentlər həmçinin “Azərbaycan dili” fənnindən də imtahan verməlidirlər (ilk imtahan aprelin 26-da, ikinci imtahan isə iyulun 7-də keçiriləcəkdir).

Qeyd olunan kateqoriyadan olan rus bölməsinin abituriyentləri “Azərbaycan dili” fənni üzrə imtahanda iştirak etmək üçün aprel ayının 15-dək TQDK-nın internet saytının müvafiq səhifəsinə (https://eservices.tqdk.gov.az/erizebak/azdili/?frm=egov) daxil olaraq qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün tələb olunan iş nömrəsi və şifri internet ödəmə və ya bütün mobil operatorlardan 7725 nömrəsinə boş sms göndərməklə əldə etmək olar.

Nəzərinizə çatdırırıq ki, rus bölməsinin abituriyentləri həmin iş nömrəsi və şifrdən elektron ərizə qəbulunun digər mərhələlərində də istifadə edə biləcəklər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Zəvvarların ilk qrupu Vətənə dönüb - FOTO

21

Avqust
15:45
MƏNƏVİYYAT
187

Bakıda yol qəzası - sıxlıq yarandı

21

Avqust
15:00
NƏQLİYYAT
123

Bakı bulvarında sadə çay verilmir - VİDEO

21

Avqust
14:36
ELM / TƏHSİL
151

Bakıda avtoservisdən “Niva” oğurlanıb

21

Avqust
12:28
HÜQUQ,HADİSƏ
105
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 17:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru