
Milli Məclisin bugünkü icasında birinci vitse- spiker Ziyafət Əsgərovla deputat Fazil Mustafa arasında söz savaşı baş verib.
Millət vəkili Fazil Mustafa çıxışlarda reqlamentdə müəyyən dəyişikliklər aparılmasını təklif edib: “Bizə təqdim olunan qanun layihələrində bütün ayrı-ayrı məsələlərin qabağında bundan sonra yazılsın ki, filan məsələ müzakirəsiz olacaq, digər məsələ isə müzakirəli olacaq. Rəhbərlikdə nə qərar qəbul etmisinizsə, bunu bizə deyin, biz də əziyyət çəkib adımızı çıxışa yazdırmayaq. Adımız yazıla-yazıla təkid edirik ki, söz deyək, amma söz verilmir. Azərbaycanda belə bir ənənə var. Milli Koordinatorun məlumatı dinlənildi. Bəlkə, bizim çıxışa dəyərli təklifimiz var idi?”
Millət vəkilinin çıxışına Z. Əsgərovun cavabı sərt olub “Müraciət olundu ki, çıxış etmək istəyən varmı? Niyə çıxış eləmədiniz? Mən sizin əlinizi görmədim. Torba atmaq lazım gələndə müraciət edirsiniz, amma bu məsələlərdə təkid etmirsiniz?”.
Bundan sonra çıxış edən F. Mustafa da vitse-spikerə eyni tonda cavab verib. “Hesab edirəm ki, Ziyafət müəlim, deputatlara bu qədər sayğısız yanaşmaq olmaz. Xahiş edirəm, sözümüzü kəsməyin. Biz ora yazılmışıq. Dediniz ki, reqlamenti beş dəqiqə elan edirsiniz. Biz də razılaşdıq. Beş dəqiqədən sonra bir millət vəkili çıxış etdi ki, müzakirələri dayandıraq. Başa düşürəm, onun da hüququdur bu. Amma biz Milli Məclisə dinləmək üçün gəlmişiksə, oturaq bütün günü dinləyək, sakitcə gedək. Səsimizi verib gedək, siz bunu istəyirsinizsə, bunu edək. Əgər istəyiriksə ki, burada bir neçə təkliflər səslənsin, o zaman belə etməyək. Məsələn, İnsan Alveri ilə bağlı mənim çox ciddi təkliflərim var idi. Söhbət kimisə tənqid etməkdən, ona söz deməkdən getmir ki. Xahiş edirəm ki, bu məsələlərə diqqət edin. İnsanlardan soruşun ki, kim siyahıdan çıxsa o zaman səs verin. Kimin sözü varsa, imkan yaradın ki , danışsın. Bundan sonra gərək biz Ombudsmanın, İnsan haqları üzrə koordinatorun, hökumətin, büdcənin hamısnı birləşdirək. Biz də səs verək, sakitcə çıxıb gedək. Bu məsələdə deputatların da rəyini soruşun”.
F. Mustafanın Z. Əsəgrova cavabı deputatla birinci vitse-spiker arasında gərginliyi daha da artırıb. Son olaraq çıxış edən Z. Əsgərov bildirib ki, irad bildirmək sizin hüququnuzdur, amma çıxışınızda məntiq yoxdur: “Hörmətli deputatlar, əvvəl dedilər ki, beş dəqiqə olsun reqlament. Deputatların ümumi fikri belə idi və biz onu qəbul etməli idik. Burada başqa söhbət olmaz. Sonra dedilər ki, Milli Koordinator ətraflı məlumat verdi. Və onun məlumatı deputatlara paylanıb. Mən də müraciət etdim ki, kim çıxış etmək istəyir? Hamısı dedilər ki, istəmirik. Elmira xanım söz istədi, verdik. Mən sonra yenə müraciət etdim. Heç kim istəmədi. Bu nə deməkdir? İndi mətbuat buradadır deyə, siz populist çıxış etməlisiniz? Dəfələrlə müraciət etdim, Fazil bəy çıxış edərdiniz də. Özü də dedim ki kim təkid edir? Bu mənim borcumdur ki, sizə söz verim. Sözün vardısa durub deyərdin. Məsələ müzakirə edilib səsə qoyulub, bundan sonra siz mətbuat üçün əlavə materiallar verirsiz. Sizin çıxışınız yerində deyil. Sizin sözünüzü kim kəsir ki“.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 14:45 Nazirlər Kabineti xəbərdarlıq etdi: Məhdudiyyətlər sərtləşdirilir - RƏSMİ
- 25-06-2020 11:58 Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
- 25-06-2020 11:57 8103 SMS icazə sistemi ilə bağlı dəyişiklik edilib
- 25-06-2020 11:09 AMEA-da iş saatı dəyişdirildi
- 23-06-2020 09:43 Operativ Qərargah sərtləşdirilmiş xüsusi karantin rejimində KİV-in fəaliyyətinə dair məlumat yayıb
- 19-06-2020 18:22 Azərbaycanın sərhədləri bu tarixə kimi bağlı qalacaq
- 19-06-2020 18:10 QMİ yaslarla bağlı xəbərdarlıq etdi
- 19-06-2020 17:46 İbrahim Məmmədov: "KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir"
- 19-06-2020 17:39 Sərt karantin rejimində fəaliyyətinə icazə verilən sahələr
- 19-06-2020 17:20 SMS icazə bu formada göndəriləcək - RƏSMİ
- 19-06-2020 17:19 Xüsusi karantin rejimində yaşayış yerini tərk etmə qaydaları açıqlandı
- 19-06-2020 17:13 Sərt karantin rejimində bu yerlər işləməyəcək
- 19-06-2020 16:39 Baş Nazir karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb
- 19-06-2020 16:10 Babək qəsəbəsinə şəhər, Nehrəmə isə qəsəbə statusu verildi
- 19-06-2020 15:38 İki rayona xanım prokurorlar təyin edilib - Azərbaycanda ilk
- 19-06-2020 15:27 Bakı şəhərinin rayonlarına prokurorlar təyin olundu
- 19-06-2020 13:58 İcra başçısının koronavirusa yoluxan müavininin vəziyyəti ağırlaşıb
- 19-06-2020 13:40 Milli Məclisdə Erkin Qədirliyə irad tutulub
- 19-06-2020 13:29 Kimlərə maaşdan əlavə pul veriləcək?
- 19-06-2020 13:18 Bakı İdman Sarayı pandemiya xəstəxanasına çevrilməyə hazırdır
- 19-06-2020 13:07 20 iyunda gözlənilən hava şəraiti
- 19-06-2020 12:59 İcra başçısı koronavirusa yoluxdu
- 19-06-2020 12:41 Nazir: “İki həftəlik sərt karantin rejimi ilə bağlı müvafiq qərarlar qəbul olunacaq”
- 19-06-2020 12:29 “Azərişiq” karantin günlərində gücləndirilmiş rejimdə işləyəcək
- 19-06-2020 12:08 DMX əcnəbilərə müraciət etdi