Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Aprel

2015
13:06
Süleyman Dəmirəl Elçibəyin yardım istəyini niyə geri çevirib? - AÇIQLAMA

Müsavat başqanı Arif Hacılının ötən il Facebook profilindən Kəlbəcərin işğal günü ilə bağlı yazdığı status bu il yenidən gündəmə gəlib. Belə ki, həmin faktın Türkiyənin TGRT kanalında Elçibəyin xatirəsi ilə bağlı yayımlanan video da səslənməsi bu statusda yazılanları doğrulamaqdadır. Dəmirəl Elçibəyə bütün yardımları etdiyini desə də, o dönəmdə mühüm vəzifə sahibi olanlar sabiq prezidentin doğru danışmadığını bildirirlər. 

FaktXəbər-in məlumatına görə, Arif Hacılı Kəlbəcərlə bağlı bunları yazıb: “Bir gün əvvəl Kəlbəcər istiqamətində uçan vertolyot vurulmuşdu. Vetolyotçular Kəlbəcərə uçaraq dinc əhalini oradan çıxarmaqdan imtina edirdilər. Vəziyyəti prezident Elçibəyə məruzə etdim.Elçibəy mənim yanımda Türkiyə Baş Naziri Süleyman Dəmirələ telefon açaraq ondan Kəlbəcərdən dinc əhalini çıxarmaq üçün helikopterlər istədi.Süleyman Dəmirəl belə yardım göstərməkdən imtina etdikdə Elçibəy mənə Çeçenistan prezidenti Cövhər Dudayevlə danışmağımı tapşırdı.Mən Elçibəyin yanında Dudayevlə danışdım. O vertolyotlarının az olduğunu, amma vertolyolçular göndərməyə hazır olduğunu bildirdi.

Belə vəziyyətdə Yevlax və ətraf rayonların icra başçılarına aeroporta getmək, onlarla müharibə dövrünün qanunları ilə davranmaq lazım gəlsə belə vertolyotçuları Kəlbəcərə uçmağa məcbur etmək,vertolyotlarla Kəlbəcərə uçmaq,Kəlbəcər İcra hakimiyyətindən mənə zəng vuraraq tapşırığın yerinə yetirildiyi barədə məruzə etmək göstərişi verdim.

Bu prosesdə Yevlax rayon icra hakimiyyətinin başçısı Rafiq Həsən xüsusi fədakarlıq göstərdi.Bir neçə saat sonra Kəlbəcərdın mənə zəng vuraraq tapşırığın yerinə yetirildiyini bildirdi.Geri qayıdarkən qəzaya uğrayıb yaralandı.

Kəlbəcərin xeyli dinc əhalisi bu vertolyotlar vasitəsi ilə xilas edildi…”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb

27

May
16:40
BÖLMƏNİ DÜZ SEÇ!
223

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
316

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
301
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 07:51





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru