Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Aprel

2015
10:38
Bakıda sərxoş rəis müavinini yol polisi saxladı

Bakıda rəis müavini sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün polislər tərəfindən saxlanılıb. 

Hadisə bir neçə gün əvvəl Bakı-Quba yolunda qeydə alınıb.

Belə ki, Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin (PB) rəis müavini, polis polkovnik-leytenantı Şərifov Rafiq Vaqif oğlunun idarə etdiyi 90-BZ-455 dövlət qeydiyyat nişanlı “Land Rover” markalı avtomobillə kobud qayda pozuntusuna yol verdiyi üçün yol polisləri ona “Saxla!” əmri verib. 

Lakin rəis müavini yol polislərinə tabesizlik göstərərək maşını saxlamayıb. Saray qəsəbəsi ərazisindəki postda isə R.Şərifovu polislər məcburi qaydada saxlayaraq Abşeron rayon Polis İdarəsinə (RPİ) gətirib. R.Şərifov barəsində idarədə toplanan materiallar isə artıq Daxili İşlər Nazirliyinə (DİN) göndərilib. Hazırda rəis müavini barəsində DİN-in Daxili Təhqiqat İdarəsində araşdırma aparılır. Bu araşdırmaların yekununa qədər isə R.Şərifova 38-ci PB-də işə çıxmaq qadağan edilib.

Məsələ ilə bağlı BŞDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov Oxu.Az-a hadisə ilə bağlı heç bir məlumatının olmadığını bildirdi.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4391

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3021

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2416

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2025
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-04-2020 08:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru