Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Mart

2015
19:58
828
Bu sürücülərə böyük cərimə - VİDEO

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsi müvafiq icazə almadan reklam yayan nəqliyyat vasitələrinin sahiblərinə xəbərdarlıq edib.

Paytaxtın inzibati ərazisində idarə edilən nəqliyyat vasitələrinin üzərində reklam materiallarının qanunsuz olaraq, yəni müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan yayılması faktlarına tez-tez rast gəlinir. Bu isə qanun pozuntusu hesab olunur. Yol polisinin apardığı reydlər zamanı bəzi taksi fəaliyyəti ilə məşğul olan avtomobillər, eləcə də avtobus və yük maşınlarının üzərilərində qanunsuz reklam fəaliyyəti ilə əlaqədar 100-dən artıq sürücü saxlanılaraq inzibati məsuliyyətə cəlb edilib. Reklam haqqında qanunvericiliyin pozulmasına görə, saxlanılan nəqliyyat vasitələrinin əksəriyyətinin hüquqi şəxslərə məxsus olduğu müəyyənləşib.

BŞBDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədovun sözlərinə görə, bu cür sürücülərə dəfələrlə xəbərdarlıq edilib, amma hələ də qanuni icazəsi olmadan reklam daşıyanlar kifayət qədərdir. Bunlara qarşı daima reydlər keçiriləcək.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bu cür fəaliyyətlə məşğul olan sürücülərə bir daha xəbərdarlıq edib bildirir ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya müəyyən edilmiş qaydalar pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə fiziki şəxslər 30 manatdan 50 manatadək, vəzifəli şəxslər 150 manatdan 200 manatadək, hüquqi şəxslər isə 1500 manatdan 2 min manatadək cərimə edililəcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda taxta bazarı yanır - FOTO - VİDEO

22

Avqust
16:30
HÜQUQ,HADİSƏ
285

Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22

Avqust
16:01
HÜQUQ,HADİSƏ
174

Bərdədə top mərmisi tapılıb - FOTO

22

Avqust
15:18
HƏRB
258

Tofiq Yaqubluya Prokurorluqda xəbərdarlıq edilib

22

Avqust
14:20
HÜQUQ,HADİSƏ
190

Bakıda itkin düşən qız tapılıb

22

Avqust
14:12
HÜQUQ,HADİSƏ
202

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
185

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
206
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 04:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru