Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Mart

2015
19:54
947
Qarabağda gecə döyüşləri: 5 erməni əsgəri ölüb
Erməni KİV-ləri yazırlar ki, erməni hərbçiləri arasında vərəm və suçiçəyi epidemiyası yayılıb

Azərbaycan və Ermənistan qoşunlarınən təmas xəttində martın 29-dan 30-na keçən gecə döyüşlərdə düşmən tərəfin ciddi itki verdiyinə dair məlumatlar yayılıb.

Bu haqda express.am və ilur.am erməni saytlarında məlumatlar yer alır.

“Ötən sutka ərzində biz gözləyirdik ki, hökumət öz vətəndaşlarına həqiqətləri deyəcək. Lakin növbəti dəfə “DQR” və Ermənistan əhalisi çaşqınlıq vəziyyətindədir. Belə  ki, 29-30 mart tarixlərində cəbhənin bir çox istiqamətlərində toqquşmalar olub. Tavuş istiqamətində bir hərbçi daxili orqanlarını deşib keçən çoxsaylı güllə yaralarından ölüb. Yuxarı Seyid-Əhmədli istiqamətində (Ağdam-red) bir əsgər həlak olub. Qarakənd istiqamətində dörd ölü var. Talış istiqamətində Ermənistan vətəndaşı öldürülüb”-məlumatlarda deyilir.

Erməni KİV-ləri onu da yazırlar ki, erməni hərbçiləri arasında vərəm və suçiçəyi epidemiyası yayılıb. Yerli əhalinin bildirdiyinə görə, yaralılar və xəstələr üçün dərman çatışmır.

Qarakənd ərazisində dislokasiya olunmuş 3-cü polkun 4-cü batalyonunun sərəncamında səhra hospitalı fəaliyyət göstərir.

“Lakin heç bir şübhə yoxdur ki, bu dəfə də bizim rəhbərliyimiz özünü lal və karlığa vuracaq. Müdafiə Nazirliyinin şəffaf olmayan fəaliyyəti, vətəndaş cəmiyyətinin nəzarətinin yoxluğu, deputat korpusunun laqeydliyi bundan sonra da erməni ordusunda itkilərə səbəb olacaq”- erməni KİV-ləri yazır.

Azərbaycan Müdafiə Nazirliyi hələlik cəbhədə bu gecəki döyüşlərin nəticələri barədə şərh verməyib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
528

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
97
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 19:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru