Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Mart

2015
17:15
Bakıda sürücülər bilmədən yol hərəkətini belə pozur - VİDEO

Yusif Səfərov küçəsi ilə Babək prospektinin kəsişdiyi ərazidə sıxlığın aradan qaldırılması üçün genişləndirilmə işləri həyata keçirilsə də qeyd olunan ərazidə sıxlıq qalmaqdadır.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev burada tez-tez müşahidə olunan tıxacın yaranmasını sürücülərin ərazidə quraşdırılan yol göstəriciləri, yol nişanları və üfüqi nişanlanma xətlərinin tələblərini pozması ilə əlaqələndirib.

P. Mürsəliyev hərəkətin nizamlanması məqsədilə Babək prospektinin bağlanmasına ehtiyac olmadığını bildirib. Qurum rəsmisi Heydər Əliyev prospektinə hərəkət edən nəqliyyat vasitələrinin tunelə yönəldilməsinin düzgün olmadığını qeyd edib.

“Heydər Əliyev prospektinə gedən avtomobili tunelə yönləndirmək olmaz. Orada yol nişanı da var. Bu zaman tuneldə sıxlıq yaranır. Babək prospektindən gələn nəqliyyat vasitələri birbaşa Heydər Əliyev prospektinə getməlidir. Gənclik istiqamətinə, Koroğlu Rəhimov və Xətai prospektinə gedən nəqliyyat vasitələri isə tuneldən istifadə etməklə Yusif Səfərovda dönmə əməliyyatı yerinə yetirib qayıtmalıdırlar”, - deyə P. Mürsəliyev vurğulayıb.

Onun sözlərinə görə, avtomobillərin tunelə yönləndirilməsi həm tuneldə, həm də Yusif Səfərovda dəhşətli tıxaclara səbəb olur. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
15087

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
13742

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
15140

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
14754

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
20115

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
14639

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
14757
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-08-2020 21:25





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru