Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Mart

2015
09:36
955
Bakıda taksi sürücüsünü bıçaqlayıb maşının yük yerinə qoydular - FOTO

Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib.  53 yaşlı İntiqam Ağayev "20 Yanvar" metro stansiyasının ərazisində "Hyundai" markalı avtomobili ilə taksi fəaliyyəti göstərən zaman iki nəfərin hücumuna məruz qalıb.  İntiqam Ağayevin maşınına müştəri qismində əyləşən iki nəfər onları Abşeron rayonunda "At yalı" deyilən yerə aparmasını xahiş ediblər. Deyilən əraziyə çatanda müştərilər taksi sürücüsünə qarşı zor tətbiq ediblər. Əl nahiyəsindən bıçaq xəsarəti alan İntiqam Ağayevin daha sonra əl-qolu bağlanaraq maşının yük yerinə qoyulub.

Bundan sonra avtomobilin sükanı arxasına keçən cinayətkarlar sürücünü yoldan kənara ataraq maşınla birlikdə hadisə yerindən uzaqlaşıblar. Sürücü yaxınlıqdan keçənlərin köməkliyi ilə hadisə barədə polisə və ailə üzvlərinə məlumat verib.

Qeyd edək ki, qaçırılan maşında İntiqam Ağayevin iki ədəd mobil telefonu və şəxsi sənədləri olub. Hazırda sürücüyə xəsarət yetirərək maşınını qaçıran şəxslərin axtarışı davam etdirilir. Zərərçəkənə məxsus "90 SL 602" dövlət nömrə nişanlı  "Hyundai Elentra" maşınını görənlərdən Daxili İşlər Nazirliyinin 102 "qaynar xətt"inə məlumat vermələri xahiş olunur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda taxta bazarı yanır - FOTO - VİDEO

22

Avqust
16:30
HÜQUQ,HADİSƏ
285

Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22

Avqust
16:01
HÜQUQ,HADİSƏ
174

Bərdədə top mərmisi tapılıb - FOTO

22

Avqust
15:18
HƏRB
258

Tofiq Yaqubluya Prokurorluqda xəbərdarlıq edilib

22

Avqust
14:20
HÜQUQ,HADİSƏ
190

Bakıda itkin düşən qız tapılıb

22

Avqust
14:12
HÜQUQ,HADİSƏ
202

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
185

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
206
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 04:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru