Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Mart

2015
10:40
Azərbaycana gətirilən bananlar bu cür yetişdirilir - VİDEO

Gəlir güdməyən "Banana Link" təşkilatına görə, banan dünyada ən çox alınıb-satılan meyvədir. Təşkilat eyni zamanda, banan qabığının iç tərəfinin ayaqqabıları cilalamaq üçün istifadə edilə biləcəyini də qeyd edir.

Dünyada istehsal edilən bananın yalnız  20%-i ixrac edilir. "Banan: Dünyanı Dəyişdirən Meyvənin Talehi" adlı məqalənin müəllifi Dan Koeppelə görə, bunun səbəblərindən biri 400 milyondan çox insanın bananı əsas kalori mənbəyi olaraq istifadə etməsidir.

Koeppel, Avstraliya və Asiyaya yayılan Panama xəstəliyindən narahatdır.  Mozambikdə milyonlarla banan ağacını tələf edən xəstəliyin dünyaya bananın böyük hissəsinin ixrac edildiyi Latın Amerikasına da sıçramasından qorxulur.

Bəs, dünya miqyasında banan təklifi düşsə və qiymətlər artsa hansı ölkələr bundan ən çox təsir görər? 

Dünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, dünyada adambaşına ən çox banan idxal edən (alan) ölklər Küveyt (48,34 kq), İslandiya (18,55 kq), Yeni Zelandiya (18,09 kq), Birləşmiş Ərəb Əmirliyi (16 kq), Norveç (15,50 kq) Suriya (13,89) və ABŞ-dır (13,77 kq). Azərbaycanın qonşularından, adambaşına Rusiya 8,78 kq, İran 4,70 kq, Türkiyə 3 kq banan idxal edir. Azərbaycan isə digər ölkələr qrupuna aid edilib. Həmin qrupa daxil olan ölkələr orta hesabla adambaşına 1,78 kq banan idxal edir. Bu hesabla təxminən 9,4 milyon nəfər əhalisi olan Azərbaycan ildə 17 milyon kq banan idxal edir. Bu da hazırkı qiymətlər ilə 40 milyon manata yaxın vəsait deməkdir.

Dünyada ən çox banan ixrac edən (satan) ölkələr Ekvador, Filippin, Kosta Rika, Qvatemala və Kolumbiyadır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43069

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41383

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42947

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42457

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47993

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42404

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42803
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2020 02:25





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru