Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Mart

2015
15:46
Bayram tətilindən qayıdanları polis qarşılayır - FOTO - VİDEO
Kamran Əliyev: "Reydlər respublikanın əksər rayonlarında keçirilir"

Zaqatala və Şəkidə yol polisi qaydaları pozan sürücülərə qarşı reyd keçirib. Avtosfer.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin yol patrul xidməti alayının və Zaqatala rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşlarının birgə iştirakı ilə reyd keçirilib.

Bayram günləri ərəfəsində rayonlarda hərəkət intensivləşib. Reydin keçirilməsində məqsəd vəziyyətdən sui-istifadə etmək istəyən sürücülərin qanundan kənar hərəkətlərin qarşısının alınması üçün profilaktik tədbirlər görmək olub. Günorta saatlarından başlayan reyd axşam saatlarınadək davam edib.

Reyd zamanı yol polisi əməkdaşları tərəfindən 50-dən çox sürücüyə inzibati protokol tərtib edilib. Protokollar əsasən məcburi sığortanın olmaması, təhlükəsizlik kəmərindən istifadə olunmadan avtomobildən istifadə olunması, avtomobilin texniki baxışdan keçirilməməsi hallarına görə tərtib edilib.

Reyddə iştirak edən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, reydlər respublikanın əksər rayonlarında keçirilir. Bu günkü reyd ölkənin şimal-qərb bölgəsində Zaqatala ilə yanaşı Şəki rayonunda da baş tutub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3491

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2617

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2023

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1776
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-03-2020 21:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru