Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Mart

2015
13:50
Yol polisindən sərnişin daşıyanlara SƏRT XƏBƏRDARLIQ

“Novruz bayramı ilə bağlı elan edilmiş istirahət günlərinin bitməsi ilə əlaqədar Bakıya və regionlara sərnişinlərin axını müşahidə edilir. Bundan istifadə edən bəzi sürücülər isə sərnişin daşıma qaydalarının kobud şəkildə pozub vətəndaşların həyatını təhlükəyə ataraq əlavə qazanc əldə etməyə çalışırlar. Bununla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qəti xəbərdarlıq edir ki, nəqliyyat vasitələri ilə nəzərdə tutulduğundan çox sərnişin daşıyanlar qanunvericiliklə sərt cəzalandırılacaqlar”. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

BDYPİ sözçüsü sürücüləri və avtomobil sahiblərinə müraciət edərək, onları həm cəzaya məruz qalmamaq, həm də insanların təhlükəsizliyini təmin etmək üçün diqqətli olmağa, yol hərəkəti, eləcə də nəqliyyat vasitələrinin istismarı qaydalarına ciddi əməl etməyə çağırıb.

Şöbə rəisi bildirib ki, istər minik avtomobillərində, istərsə də avtobuslarda nəzərdə tutulduğundan çox insanın daşınması sərnişindaşıma qaydalarının pozuntusu hesab edilir: “Minik avtomoillərinin sürücüləri bilməlidir ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, sərnişinlərin sayı nəqliyyat vasitəsinin kostruksiyasında nəzərdə tutulmuş oturacaqların sayından çox olarsa, bu qayda pozuntusu 60 manat miqdarında pul və 3 cərimə balı ilə cəzalandırılır”.

K.Əliyev qeyd edib ki, eyni qayda ozuntusuna yol verən avtobusın sürücü və ya sahibləri də cəzalandırılacaqlar: “Əgər avtobusda ayaq üstə durmaq üçün konstruksiya varsa, o zaman sürücü məsuliyyətə cəlb edilmir. Amma müvafiq konstruksiyası olmayan avtobus və ya mikroavtobuslarda sürücü sərnişinin ayaq üstə getməsinə və yaxud nəzərdə tutulan oturacaq sayından artıq sərnişinin daşınmasına görə məsuliyyət daşıyır. Onlar da 60 manat pul və 3 cərimə balı ilə cəzalandırılırlar. Avtobusda nəzərdə tutulmayan əlavə oturacaq və avadanlıqların qanunsuz olaraq yerləşdirilməsinə görə isə həmin nəqliyyat vasitəsinin sahibi 150 manat məbləğində cərimə olunacaq”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47076

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45235

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
46820

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46450

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
51991

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46110

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46608
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2020 00:55





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru