Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Mart

2015
12:00
671
Avtobus sürücülərinə sərt xəbərdarlıq

Novruz bayramı ilə bağlı elan edilmiş istirahət günlərinin bitməsi ilə əlaqədar Bakıya və regionlara sərnişinlərin axını müşahidə edilir. Bundan istifadə edən bəzi sürücülər isə sərnişin daşıma qaydalarının kobud şəkildə pozub vətəndaşların həyatını təhlükəyə ataraq əlavə qazanc əldə etməyə çalışırlar.

Bununla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qəti xəbərdarlıq edir ki, nəqliyyat vasitələri ilə nəzərdə tutulduğundan çox sərnişin daşıyanlar qanunvericiliklə sərt cəzalandırılacaqlar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

BDYPİ sözçüsü sürücüləri və avtomobil sahiblərinə müraciət edərək, onları həm cəzaya məruz qalmamaq, həm də insanların təhlükəsizliyini təmin etmək üçün diqqətli olmağa, yol hərəkəti, eləcə də nəqliyyat vasitələrinin istismarı qaydalarına ciddi əməl etməyə çağırıb.

Şöbə rəisi bildirib ki, istər minik avtomobillərində, istərsə də avtobuslarda nəzərdə tutulduğundan çox insanın daşınması sərnişindaşıma qaydalarının pozuntusu hesab edilir: “Minik avtomoillərinin sürücüləri bilməlidir ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, sərnişinlərin sayı nəqliyyat vasitəsinin kostruksiyasında nəzərdə tutulmuş oturacaqların sayından çox olarsa, bu qayda pozuntusu 60 manat miqdarında pul və 3 cərimə balı ilə cəzalandırılır”.

K.Əliyev qeyd edib ki, eyni qayda ozuntusuna yol verən avtobusın sürücü və ya sahibləri də cəzalandırılacaqlar: “Əgər avtobusda ayaq üstə durmaq üçün konstruksiya varsa, o zaman sürücü məsuliyyətə cəlb edilmir. Amma müvafiq konstruksiyası olmayan avtobus və ya mikroavtobuslarda sürücü sərnişinin ayaq üstə getməsinə və yaxud nəzərdə tutulan oturacaq sayından artıq sərnişinin daşınmasına görə məsuliyyət daşıyır. Onlar da 60 manat pul və 3 cərimə balı ilə cəzalandırılırlar. Avtobusda nəzərdə tutulmayan əlavə oturacaq və avadanlıqların qanunsuz olaraq yerləşdirilməsinə görə isə həmin nəqliyyat vasitəsinin sahibi 150 manat məbləğində cərimə olunacaq”.AzVision.az

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
574

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
415

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
434

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
478

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
510

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
486

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
1081

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
879
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-08-2019 07:10



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru