Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Mart

2015
17:12
1543
Daha bir radar qalmaqalı: sürücülər narazılıq edir - QANUNSUZDUR
Radar istifadəçisi DYP əməkdaşı olduğunu deyir, amma bunu təsdiq edən heç bir sənədi yoxdur

Qanunsuz radarlar daima sürücülərin narazılığına səbəb olub. Sürücülərə görə, bu, qanunsuz fəaliyyətdir. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev isə bildirib ki, DYP avtomobillərində quraşdırılmış və səyyar üçayaqlı radarların da hamısı qanuni fəaliyyət göstərir, onlar birbaşa sistemə inteqrasiya olunub. Ucar rayonunda çəkilmiş növbəti görüntüdən isə belə məlum olur ki, səyyar üçayaqlı radarı istifadə edən şəxsin şəxsiyyət vəsiqəsindən başqa DYP əməkdaşı olduğunu sübut edən bir sənədi yoxdur. Görüntülərdə radarla çəkiliş aparan şəxslə mübahisə edənlərin nazirliklərdən birinin əməkdaşları olduğu bildirilir. Onların yanında özünü jurnalist kimi təqdim edən şəxs də var. Bütün bunlar bir yana, bəs, bu radarlar qanunidirmi? Mülkü şəxs harada gəldi bu radarı qurub sürət həddini ölçə bilərmi? Sürət həddini aşanları radara sala bilərmi? Avtosfer.az-ın bütün suallarına yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov aydınlıq gətirib. Onun sözlərinə görə, yollarımızda doğrudan da, sürətlə bağlı problem var. Müşahidələr və faktlar göstərir ki, ən ağır qəzalar məhz sürət rejiminin pozulması səbəbindən baş verir. Ona görə də sürət rejiminə səmərəli nəzarət yol hərəkəti təhlükəsizliyinin təmin olunmasının əsas amillərindən biridir.

Lakin bu nəzarət qanunlara ciddi riayət edilməklə həyata keçirilməlidir, çünki qanundan kənara ən xırda çıxmalar da DYP-yə olan etimadı azaldır və sürücülər arasında belə bir təhlükəli yanaşma formalaşdırır ki, bu nəzarət təhlükəsizlik üçün yox, daha çox cərimə yığmaq üçündür. Belə yanaşmanı istisna etmək üçün qanuna birmənalı riayət eilməlidir. Qanun isə sürətə nəzarətlə başlı 3 əsas məqamı təsbit edir.

1. Sürət ölçmək üçün tətbiq edilən xüsusi texniki vasitədən əvvəl (yaşayış məntəqələrində 50-200 metr, yaşayış məntəqələrindən kənarda 150-1000 metr qabaqda) ya 6.14 "İnformasiya stendi" nişanı, ya da 3.24 "Maksimum sürətin məhdudlaşdırılması" nişanı olmalıdır.

2. Sürəti ölçən xüsusi texniki vasitə (radar) DYP-nin Mərkəzi Məlumat Sisteminə inteqrasiya edilməklə avtomatik işləməlidir. İnteqrasiya o deməkdir ki, radarın qeydə aldığı qayda pozuntusu avtomatik olaraq mərkəzə ötürülməli və orada elektron protokol yazılmalıdır. Qayda pozuntusunu əvvəl qeydə alaraq yaddaşda saxlamaq və bunu daha sonra Mərkəzə ötürmək inteqrasiya deyil. Videokadrada görünən radarın Mərkəzə inteqrasiya olunmuş olması şübhəlidir, çünki oarada müvafiq rabitə əlaqəsinin (canlı və birbaşa bağlantının) olduğu görünmür.

Digər tərəfdən, radarın qeydə aldığı qayda pozuntusuna görə sənədləşdirmə aparmaq üçün sürücünün yolda və ya YPX-nın stasionar postunda saxlanması da qadağandır. Bu halda sənədləşmə yalnız elektron protokol formasında ola bilər.

3. Qanunvericilikdə DYP-nin gizli və ya qarışıq (yarıgizli) xidmət aparması nəzərdə tutulur. Amma bu formada xidmət də yalnız DYP əməkdaşlarına aiddir. Kimliyi aydın olmaya, xüsusən DYP ilə bağlılığı məlum olmayan şəxs xüsusi texniki vasitə ilə xidmət edə bilməz. Kadralarda həmin şəxsin DYP əməkdaşı olduğu, yaxud DYP-də xidmətə cəlb olunduğu da aydın deyil.

Hər bir halda məsələnin tam mahiyyətini yalnız DYP rəsmiləri açıqlaya bilərlər. Hər bir halda DYP-nin xidməti şəffaf şəkildə həyata keçirilməli, hərəkətin təhlükəsizliyinə nəzarət qanuna uyğun həyata keçirilməlidir. Nəzarət elə təşkil olunmalıdır ki, sürücüləri intizama sövq etsin, vətəndaşların DYP-yə inam və etibarını gücləndirsin. Ona görə də belə nəzarət yolların ən təhlükəli sahələrində, aşkar formada təşkil edildikdə daha səmərəli olur.

Sürüclərə isə tövsiyə edirik ki, sürət rejiminə əməl etsinlər. yalanşı "tələsirəm", "işim var" kimi bəhanələrlə özlərini və başqalarını təhlükəyə atmasınlar. Sürət rejiminə əməl etsəniz, sürəti ölçənlərlə probleminiz olmaz. Belədə isə bunu qanuni və ya qanunsuz olması da maraqlı olmayacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda taxta bazarı yanır - FOTO - VİDEO

22

Avqust
16:30
HÜQUQ,HADİSƏ
269

Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22

Avqust
16:01
HÜQUQ,HADİSƏ
163

Bərdədə top mərmisi tapılıb - FOTO

22

Avqust
15:18
HƏRB
243

Tofiq Yaqubluya Prokurorluqda xəbərdarlıq edilib

22

Avqust
14:20
HÜQUQ,HADİSƏ
180

Bakıda itkin düşən qız tapılıb

22

Avqust
14:12
HÜQUQ,HADİSƏ
190

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
174

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
195
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 02:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru