Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Mart

2015
11:18
3660
Bütün Azərbaycanın danışdığı sürücü işinə bərpa olundu

Bakıda fiziki qüsurlu şəxsi avtobusa mindirməyən sürücü Eynulla Həşimovun  işdən qovulması barədə məlumat vermişdik. Cəmiyyətdə birmənalı qarşılanmayan bu məsələ  gündəmin əsas mövzusuna çevrilmişdi.

Artıq həmin sürücü yenidən işinə bərpa edilib. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə həmin məlumatı işıqlandıran Mehman Hüseynovun özü bildirib. Eynulla Həşimovun  işə necə bərpa olunmasını isə blogerin öz dilindən qeyd edirik.

Evdəyəm. Mənə zəng gəlir. "Mehman biz bu problemi həll elədik, işdən azad elədik həmin sürücünü və diqər sürücülərə bir daha təlimat verdik ki bütün vətəndaşlar ilə hörmətlə davransınlar, əsasən də əlilliyi olan vətəndaşlarla. Çox sağolunki bucür problemləri çəkib görsədirsiz"... 

Mən görüş tələb edirəm ki, üzbəüz danışaq. Nəqliyyat Nazirliyin işçiləri və bu təzə avtobusları Bakıya gətirən şirkətin nümayəndəsi ilə görüşürük. Nəqliyyatda olan problemlər haqqında danışırdıq. Söhbətimiz sona yaxınlaşır mənə deyirlər "Belə Mehman məllim, bizlik başqa bir qulluq?".

Dedim qulluğuvuz lazım deyil, amma xahişim və tələbim var: Bu saat zəng edirsiz o sürücüyə və dərhal onu işə bərpa edirsiniz. İşdən qovmaqla problem həll olunmur, ona pul cəriməsi kəsərdiniz, töhmət verərdiniz!. Bir daha kimsə bu cür səhvi təkrarlasa, artıq işdən azad edə bilərsiz." 

Yanımda oturan insanlar şoka düşürlər, çaş-baş qalırlar. Deyirlər, necə yani? O işini səhv edib, əlil olan insana hörmətsizlik edib və biz qərara gəldiki onu işdən azad edək başqalarına dərs olsun.

Onlara bildirdim ki, mən bütün bu işlərimi kiminsə çörəyinə göz dikdiyimə, kiməsə pislik eləməyə görə eləmirəm. Mən hər hansı bir problemi çəkib onu ona görə yayıram ki, bu problemi həll edək, sivil qanuni yollarla. Mən bunu ölkənin, cəmiyyətin inkişafı üçün, vətəndaşların yaxşı rahat yaşaması üçün edirəm. Kimisə işdən qovub və ya günahsız yerə həbs etməklə heç nə həll olunmur. Hər bir sürücü vətəndaşlara hörmət eləməlidir, hər bir insan bir birinə hörmət eləməlidir, heç kim ayrı seçkilik eləməməlidir, heç kimi varlıdı, deyə digərlərinə yuxardan aşağı baxmamalıdır və s. Nəqliyyatda çox problemlər var. Başlıyaraq sürücülərin maaşlarından tutmuş, onlardan gündəlik planı tələb etməyə qədər...

Onlar yanımda zəng edirlər həmin sürücüyə və bildirirlər ki işə bərpa olunursan. Sabahdan avtobusu götürüb işə başla...

Bugün həmin sürücü 4 gün fasilədən sonra yenidən işə çıxıb. Mən onunla şəxsən görüşdüm. Ağzımı açmaq istədim o məni qabaqladı: "Mehman, xahiş edirəm, qoy mən deyim. Mən nazirliyin çıxardığı qərar ilə razı idim, bəli, mən buna laiq idim. Çünki mən bir əlilliyi olan insana kömək eləmədim. Bu birbaşa mənim vəzifəm idi, vəzifəmi qoyuram bir kənara, mən bir insan kimi ona kömək eləməli idim, amma eləmədim, çünki hər bir insan səhvsiz yaşamır. Həmin an mən heç özüm də bilmirdim, nə danışıram, nə eləyirəm. İnan ki, evə gəldikdə mən vicdan əzabı çəkirdim... Və növbəti gün oğlum internetdə oxuyur. Bəzi saytlar məni yazıq yerinə qoydular ki, güya "üç balaca uşağım var" (gülür). Əslində bir tərəfdən yaxşı idi. Məni cavan bir ata kimi təqdim eləmişdilər. Amma o biri tərəfdən, mən heç kimə icazə verməmişdim, mənim adımnan istifadə edib "balaca uşağım var" deyə məni günahsız yerə çıxartsınlar. Mən artıq 15 ildir avtobus sürürəm. Mən həmişə haqq tərəfində olmuşam. Bu bütün sürüclər üçün bir dərs oldu. Bundan sonra ümid edirəm heç bir sürücü kiməsə qarşı hörmətsizlik eləməz. Bir daha deyirəm hər bir insan haçansa səhv eliyə bilər"... 

Mən onun çıxışını kəsdim və içimdə sevinc hissi ilə dedim: "Eynulla müəllim, mən isə öz növbəmdə istəyirəm Sizdən üzr istəyim. Mənə maraqlı deyil, keçmişdə nə olub. Mənə maraqlıdır ki, bu problem öz həllini tapsın, gələcəkdə belə problemlər ilə vətəndaşlar qarşılaşmasınlar. Mən də Siz də çalışmalıyıq bizim bu cəmiyyətimiz üçün. Biz digərlərinə örnək olmalıyıq. Ölkədə min cür problem var, məmurlar yatıb adlarını da deputat qoyublar, heç nə eləmirlər. Ona görə biz nədənsə başlamalıyıq."

Bax, beləcə biz bu problemi kökündən həll elədik. Əslində o sürücünün qovulması tam qanuna uyğun idi, amma Mən buna imkan vermədim. Mən sübüt elədim ki, bu işimi problemin həll olunması, cəmiyyətin ölkənin inkişafı üçün eləyirəm.

Və çox xoşbəxtəm ki, camaata bir daha sübüt elədim ki, bu bəzi məmurların yaratdığı saytlar, media qurumları bütün günü ancaq öz qarınlarını düşünürlər və xalqa yalan məlumatlar verirlər. Bunlar elə bilirlər o məmurdan bu məmurdan 2-3 manat alıb hər hansı bir problemdən yox ona uydurulmuş yalan donu geydirib xalqa görsətmək olar.  Bütün xalq televiziyalarınızdan tutmuş mediya sayt xəbərlərinizə qədər heç kim inanmır. Çünki siz bu xalqa yalan məlumatlar verisiniz. Artıq o zamanə deyil!

Baxın, vicdanını şərəfini pula satmış jurnalist yazmışdı: "Bəli, həmin videoda problem var idi, amma o sürücü qovuldu. 3 balaca uşaq atası necə olacaq?"...

Fikir verisiniz burda problemdən, vətəndaşın huququnun pozulmasından yazmır, problemi başqa yerə yönəltmək üçün özlərindən "3 uşaq nağılı udururblar" ki, camaat əslində ölkədə olan problemdən yox, uşaqlardan danışsın... 

İndi mən sizə səslənirəm - bu nağılı yazanlara:  Ay vicdansızlar, elə ürəyiniz ağrıyırdı o ailə üçün, elə uşaq fikirləşənsiz?!.. Onda qoy mən deyim, 2013 cü ildə bir gənc ata - Rəşadət Axundov, "Əsgər ölümünə son"  dediyinə görə, bu gün haqqsız yerə həbsdədir. O həbsdə olarkən, onun övladı dünyaya gəlib və artıq 3 ildir atasını görmür. Siz bir dəfə yazmısınız bu haqda? Yazmısınız ki, bir gənc, haqqını tələb elədiyinə görə həbsdədir, uşağı isə atasız qalıb?.. Yazmısınız ki, bu ailə necə dolanır?..

Yazmısınız ki, neçə ailə Sovetskidə küçədə qalıb?

 Yazmısınızki neçə insanların huququ pozulub işdən qovublar, evləri sökülüb? 

Yox yazmayıbsız, bilirsiz niyə? Çünki bilirsiz ki, bunu yazsanız, sizin başınızı dağıdarlar. Çünki siz bilirsiz aldığınız 2-3 manatdan məhrum olasınız..

Və sonda, sizin (yani xalqa yalan məlumatları, xəbərləri verən qurumlar, televiziyalar) çoxlu pulunuz, çoxlu imkanınız ola bilər, amma bu heç nəyi artıq həll eləmir! Çünki sizin bəzilərin vicdanınız, şərəfiniz yoxdu, bunu bilin. Sizə ölkədəki problemlər maraqlı deyil, ancaq öz qarınlarınız, pul maraqlıdır.......

Mənə isə çox rahatam, xoşbəxtəm . Çünki mənim hər kəsin qarşısında vicdanım, şərəfim təmizdir! Mən sizə bunu bu gün bir daha sübüt elədim. Bilirəm, sizi məhv elədim, sizin kim olduğunuzu bir daha bu cəmiyyətə görsətdim! Gedin, indi siçovul kimi gizlənin! Utanıb yerə girin! 

Sonda isə sürücü möhtəşəm bir cümlə dedi "Mehman, deyirlər e, hər şeyin bir yaxşı tərəfi var. Bilirsən, yaxş tərəfi nə oldu. Mən neçə ildir bayramları evdəkilər ilə, ailəm ilə işə görə keçirdə bilmirdim. 4 gündü işdən azad eləmişdilər məni, Mən ailəmlə keçirtdim bayramları"

Bütün dostlarıma, vətəndaşlara çox sağ ol bildirirəm! Yaxşıki siz varsınız. Çalışın yaxşılıq edin, çəkinməyin, hər hansı bir qanunsuzluğu görəndə yerindəcə sözünüzü deyin. 

İndi isə rahat deyə bilərəm, bayramınız mübarək əziz və gözəl real və virtual dostlarım!

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1040

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
60

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
88

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
306

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
341
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 17:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru