Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Mart

2015
17:14
5165
Ananın duası ildırımlar çaxdırdı, sellər axıtdı...

Pakistanın tanınmış həkimi Dr. İşan Hüseyni Vətənində etdiyi xidmətlərə görə beynəlxalq mükafata layiq olur. O, bu münasibətlə təşkil olunan Beynəlxalq Konfransa təyyarə ilə yollanır. Lakin havanın birdən-birə kəskin pisləşməsinə və ildırım çaxmasına görə, təyyarə ən yaxın hava limanına enməli olur. Bundan sonrakı reys 16 saat sonraya idi. Bundan əsəbiləşən həkim, «o tədbirə mütləq qatılmayılam, 16 saat vaxtım yoxdur», -  deyir. FaktXəbər-in verdiyi məlumata görə, işçilər onun gedəcəyi şəhərin cəmi 6 saatlıq məsafədə olduğunu deyərək, maşın kirayə götürməyi tövsiyə edirlər.

Həkim başqa çarəsi olmadığını anlayaraq, yola çıxır. Lakin işi yenə düz gətirmir. Şiddətli yağışa görə göz-gözü görmürdü. Bu azmış kimi sel yolu yuyub aparmışdı. Həkim maşında soyuqlayacağını anlayaraq, kömək üçün müraciət etməyi düşünür. Ətrafa boylananda yaxınlıqda bir evin işığının yandığını görür. Gedib həmin qapını döyür və qapını açan yaşlı qadından telefon istəyir. Qadın təbəssümlə, «övladım, burada nə telefon, nə də elektrik var», - deyir. Həkimin duruxduğunu gördükdə isə, «gəl içəri, yemək ye, çay iç, sonra bir şey fikirləşərsən», - deyir.

Həkim başqa çarəsinin olmadığın gördükdə içəri keçir. Yemək yeyib, çay içdikdən sonra qadının namazda uzun-uzadı ağlayaraq dualar etdiyini görür. Evi müşahidə etməyə başlayır. Yoxsul daxmanın bir küncündə beşik və onun içində bir tərpənməz halda olan bir körpə görür.
Həkim «Anacan, bu körpə kimindir? Hə, bir də niyə o qədər uzun-uzadı dualar etdin. Bir dərdinmi var?», - deyə soruşur.

FaktXəbər-in verdiyi məlumata görə, yaşlı qadın deyir: «Bu uşaq ata-anadan yetim qalan nəvəmdir. Ağır xəstəliyi var. Buralarda heç bir həkim onu müalicə edə bilmir. Dedilər ki, İşan Hüseyn adlı bir həkim var, çarə etsə, o edəcək. Ancaq həkim çox uzaqda olduğundan onun yanına getməyə nə imkanın, nə də gücüm var. Bu səbəbdən neçə gündür Allaha yalvarıram ki, bu uşağın işini yüngülləşdirsin».

Qadının sözlərini eşidən həkim göz yaşlarını saxalya bilmir və deyir: «Dur, anacan, dur. Allah sənin dualarını qəbul etdi. Sənin duan, leysanlar yağdırıb, ildırımlar çaxdırdı - təyyarəni yerə endirdi; Sellər axıdıb, yolları bağladı, sonunda  məni sizə çatdırdı. Doktor İşan Hüseyni mənəm…»

Sonra birdən gözü pəncərəyə sataşdı. Buludlar dağılıb, Günəş çıxmışdı. Elə bil yaz havası idi. Dr. Hüseyni qadını da, uşağı da özü ilə götürərək xəstəxanaya apardı və onu müalicə etdi...

Bəli, həqiqətən çarəsizlərin çarəsi yalnız Allahdır!!!

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2018 09:15

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru