Bu xəbərdarlığı qulaqardına vuranlar Həccə BURAXILMAYACAQ!

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Mart

2015
14:47
4969
Bu xəbərdarlığı qulaqardına vuranlar Həccə BURAXILMAYACAQ!
Xəbərdarlığı pozanlara hətta ölüm cəzası da nəzərdə tutulub

Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlara ziyarət zamanı bəzi əməllərə yol verilməməsi barədə xəbərdarlıq ediləcək. Xəbərdarlığı pozanlar Səudiyyə Ərəbistanın qanunları çərçivəsində cəzalandırılacaq.

Bu barədə FaktXəbər-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. İdarədən bildirilib ki, Səudiyyə Ərəbistanının tələbinə əsasən pasportlarında İsrail dövlətinin vizası aşkarlanan zəvvarlar Həccə buraxılmayacaqları üçün onların sənədləri qəbul edilməyəcək.

Xəbərdarlıq zəvvarlara paylanacaq viza sənədləri arasında olacaq. Zəvvarlar xəbərdarlıqla tanış olduqlarına dair imza atacaqlar. Xəbərdarlığın mahiyyəti ondan ibarətdir ki, ziyarət zamanı zəvvarlar spirtli içki qəbul etməməli, zinaya yol verməməli, hansısa siyasi və dini təriqətə qoşulmamalı, ölümə səbəb olan və digər ziyanverici hərəkətlərdən, eyni zamanda hər hansı siyasi aksiyalardan uzaq durmalıdırlar. Narkotik, zina, spirtli içki qəbuletmə və oğurluq əməllərinə görə şallaq, əl kəsilmə, daşqalaq olunma və müəyyən ağırlaşdırıcı hallarda ölüm cəzası da nəzərdə tutulur.

Qeyd edək ki, bu il Azərbaycandan Həccə 2700 zəvvarın aparılması nəzərdə tutulub. Bu il qiymətlərdə artım olduğu nəzərə çarpır.  Sənədlərin qəbulu yalnız QMİ-də aparılır. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar olaraq ziyarət yalnız təyyarə reysləri ilə baş tutacaq.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2018 07:34



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com