Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Mart

2015
12:50
2336
Əlili avtobusa mindirməyən sürücü işdən çıxarıldı - VİDEO

Bakıda fiziki qüsurlu şəxsi avtobusa mindirməyən sürücü işdən qovulub. 

Avtobusun malik olduğu “Xaliq Faiqoğlu” MMC şirkətindən Oxu.Az-a bildiriblər ki, 65 nömrəli marşrut üzrə hərəkət edən 10 TH 319 dövlət nömrə nişanlı sərnişin avtobusunu idarə edən Eynulla Həşimov fiziki qüsurlu şəxsi gördükdən sonra avtobusu dayandırmadığı üçün işdən qovulub.

Şirkətdən bildirilənə görə, dünən fiziki qüsurlu bir vətəndaş bir neçə avtobusa minmək istəyib. 

Avtobus sürücüləri əlillər üçün nəzərdə tutulan xüsusi pandusu açıb sərnişinlərin köməyi ilə fiziki qüsurlu şəxsə kömək göstərib. 

Həmin vətəndaş avtobusa minərkən yanındakı dostu hadisəni lentə almağa başlayıb. Eyni cütlük 10-15 avtobusda belə bir müşahidə aparıb. 

Müşahidə zamanı 65 nömrəli marşrut üzrə hərəkət edən 10 TH 319 dövlət nömrə nişanlı sərnişin avtobusunu idarə edən Eynulla Həşimov isə məsuliyyətsiz davranaraq fiziki qüsurlu şəxsi görüb, sonra avtobusu dayandırmayıb. Şirkətdən həmin məsuliyyətsiz sürücünün işdən qovulduğu bildirilib.

Şirkətdən onu da bildiriblər ki, bununla bağlı avtobus sürücülərinə mütəmadi olaraq təlimlər keçirilir. Avtobuslarda əlillər üçün xüsusi pandus var, bu fiziki imkanları məhdud olan insanlara, eləcə də uşaq arabası ilə olan gənc analara avtobusa rahat minib-enməyə imkan yaradır. Fiziki qüsurlu şəxs xüsusi pandus vasitəsilə yaxınları tərəfindən, sərnişinlərin və ya sürücünün köməkliyi ilə avtobusa mindirilməlidir.

Xatırladaq ki, “Xaliq Faiqoğlu” MMC şirkətinin bağladığı müqaviləyə əsasən ölkəmizə 200 avtobus gətiriləcək. Onlardan 50-si artıq Bakı şəhərinə gətirilib.

Onu da əlavə edək ki, Azərbaycan Nəqliyyat Nazirliyinin göstərişinə əsasən, yeni gətirilən avtobusların hər biri əlil şəxslərin rahat minib-düşməsi üçün müvafiq panduslarla təchiz olunur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya gəmisi səhvən SOS siqnalı verib

22

Oktyabr
15:54
DÜNYA
41

Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası

22

Oktyabr
15:12
AİLƏ, SAĞLAMLIQ
302

İran səfirinin qızı Moskvada ölüb

22

Oktyabr
14:48
DÜNYA
136

Azərbaycanda yeni medal təsis edilib

22

Oktyabr
14:31
ÖLKƏ
60

Portağalın qiyməti bizdə niyə BAHADIR?

22

Oktyabr
14:01
İQTİSADİYYAT
123

MSK-ya yeni üzv təyin edilib

22

Oktyabr
12:53
ÖLKƏ
52
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2019 22:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru