Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Mart

2015
12:28
Bakıda yol polisinin kobud qayda pozuntusu - VİDEO

Bakıda yol-patrul xidməti avtomobili sürücüsünün yol-hərəkəti qaydalarını kobud həkildə pozmasını əks etdirən bu video sosial şəbəkələrdə yayılıb və ictimai marağa səbəb olub.

Videodan görünür ki, 10 YP 430 dövlət nömrə nişanlı YPX avtomobilinin sürücüsü hərəkət zolaqları üzrə yerdəyişmə edərkən keçmək istədiyi zolaqda düzünə hərəkət edən avtomobilə mane olur.

Həmin avtomobil siqnal verəndən sonra YPX avtomobilinin sürücüsü əyləci basır və yenidən öz zolağına qayıdır. Bu, İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsində nəzərdə tutulan əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozmadır.

Buna görə 40 manat cərimə nəzərdə tutulur. Patrul avtomobili hərəkət üstünlüyünə malik olsa da, bu üstünlükdən istifadə üçün xüsusi işıq və səs siqnallarını qoşmalıdır. Əgər bu videodakı kimi həmin işıq və səs siqnalını qoşmadan qaydaları pozarsa, onu idarə edən əməkdaş adi sürücü kimi inzibati məsuliyyətə cəlb edilməlidir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3873

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2795

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2237

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1887
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-04-2020 07:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru