Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Mart

2015
12:27
Bakıda `sərxoş polis` saxlanıldı - VİDEO

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) əməkdaşları sərxoş sürücülərə qarşı reyd keçirib.

Nəsimi rayonu, Rəşid Behbudov prospektində yol hərəkəti qaydalarını pozduğu üçün "Toyota" markalı maşının sürücüsü Anar Ramiz oğlu Rzayev saxlanılıb.

Yoxlama zamanı sürücünün maşını sərxoş vəziyyətdə idarə etdiyi məlum olub. Sürücüyə sərxoşluq müayinəsindən keçmək təklif olunub. Amma A.Rzayev yol polislərini aldatmağa cəhd göstərib və özünü Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşı kimi təqdim edib. Araşdırma zamanı A.Rzayevin polis əməkdaşı olmadığı məlum olub. O, məsuliyyətdən yayına bilmək üçün bilərəkdən özünü polis kimi təqdim etdiyini bildirib. Həkim müayinəsinə gətirilən zaman isə sürücü qaçmağa cəhd edib, lakin onu saxlayıblar.

Həkim müayinəsi zamanı A.Rzayevin sərxoş olduğu sübuta yetirilib. Sürücü barəsində protokol tərtib edilib, idarə etdiyi nəqliyyat vasitəsi isə cərimə meydançasına aparılıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3967

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2842

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2277

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1917
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-04-2020 12:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru