Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Mart

2015
14:57
Deputat: “Məmurun qəbuluna gedirsən, qabağını polis kəsir”

"Cavab verəndə də qeyri-etik müraciət edirlər". 

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Vətəndaşların müraciətləri haqqında” qanun layihəsinin müzakirəsi zamanı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı məmurların ünvanına sərt tənqidlər səsləndirib.

O, məmurların, nazirlərin vətəndaşların müraciətlərinə cavab vermədiyini qeyd edib və bildirib ki, kimsə yazır ki, hörmətli filankəs, amma cavabda heç şikayətçinin adı da yazılmır:

“Bəzi məmurlara zəng edəndə telefonlara katibələri cavab verir. Onlar öz şəxsi obyektlərində olurlar. Əgər belə olacaqsa, o zaman desinlər, biz də katibələrlə işləyək. Məmurların üzlərində buz ifadəsi olur, sanki adam qarşısında bir heykəl dayanıb. Kiminsə qəbuluna getmək istəyirsən, qabağını polis kəsir. Deyir ki, qəbula yazılmamasınsa, içəri keçə bilmərsən”.

Sabir Rüstəmxanlı onu da vurğulayıb ki, dövlət məmurlara xidməti telefon versə də, onların hərəsinin 5-6 telefonu olur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3463

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2612

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2007

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1771
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-03-2020 16:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru