Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Mart

2015
11:27
Rusiya məktəblərində hicabı qanuniləşdirmək istəyirlər

FaktXəbər-in verdiyi məlumata görə, Rusiyada  müsəlman ruhaniyyəti müsəlman şagirdlərin hicab taxma hüququnu qanuniləşdirmək istəyirlər. Onlar hesab edirlər ki, son 70 ildə  Rusiya dini tam inkar etməklə uzun yol keçib, indi artıq  ənənələrə, o cümlədən dini məsələlərdə qayıtmağın vaxtıdır.

«Problem çətin həll olunan mərhələyə keçirsə, o zaman litsey, gimnaziya və məktəblərin  çoxdan bəri bizə tanış olan  və yoxlanılan gender prinsipi ilə praktikasına keçə bilərik. Yəni oğlanların və qızların məktəbini ayıra bilərik. Belə bir ənənə Rusiyanın inqilabaqədərki dövründə də, SSRİ vaxtında da olub, ölkəmizin  bu günkü  inkişaf mərhələsində də bu, ekzotika deyil. Bu praktika dünyəvi təhsil xüsusiyyətinə heç də  ziddiyyət təşkil eləmir», - deyə Müsəlmanların Ruhaniyyət İdarəsinin  müftisi  Albir Krqanov bildirib.

O, həmçinin deyib ki, provoslav Çar Rusiyası dövründə bütün müsəlman uşaqları  müsəlman məktəblərini və mədrəsədə ibtidai, həmçinin orta təhsil alırdılar.

FaktXəbər-in verdiyi məlumata görə, bundan əlavə həmçinin şagirdlərin bu və ya digər dinə mənsubiyyətinə əsasən formalarına görə də bölünməsi də təklif edilib. Məsələn, orta təhsil müəssisələrində şagirdlər üçün iki forma təyin olunsun: hicablı və himcabsız.

Hər bir halda RF Ali Məhkəməsinin qərarı ilə məktəblərdə hicablı geyim forması məsələsi hələ bağlanmayıb. Əksinə, bəlkə yeni qüvvə ilə gündəmə gəldi.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-11-2018 19:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com