Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Mart

2015
16:29
1271
Məleykə Abbaszadə açıqladı: Son 6 ildə...

"Son 6 ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə sənəd verən abituriyentlərin ümumi sayı azalıb. Yalnız bunu demək kifayətdir ki, 2008-2014-cü illər ərzində bu azalma 16,44%-ə bərabər olub".

Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə "Gənclərin peşə seçiminin gender aspektləri" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, respublikanın müxtəlif bölgələrini təmsil edən oğlan və qız abituriyentlərin say nisbəti müxtəlifdir və bu göstərici geniş diapozonda dəyişir: "Bunun səbəbini respublikanın müxtəlif bölgələrini təmsil edən oğlan və qızların qəbul kampaniyasında müxtəlif dərəcədə iştirak etməsi ilə izah etmək olar. Əgər eyni bir zonaya aid olan Yardımlı, Lerik, Cəlilabad və Masallı bölgələrindən olan abituriyentlər arasında qızların nisbi sayı 16-31% təşkil edirsə, respublikanın şimal-qərbində yerləşən Qax, Zaqatala və Balakən bölgələrindən olan abituriyentlər arasında onların nisbi sayı 56-63%-dir".

O, həmçinin əlavə edib ki, oğlan və qızların ixtisas qruplarına münasibətləri fərqlidir: "Əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də hər iki bölmənin orta statistik oğlan abituriyentinin istəyi ən çox "Riyaziyyat, fizika və mühəndislik" (I qrup) və "İqtisadiyyat və idarəetmə" (II qrup) ixtisaslarınadır. Azərbaycan bölməsində oğlanların 71,46, rus bölməsində isə 78.52 faizinin istəyi bu iki ixtisas qrupuna yönəlib. Bu rəqəmlər oğlan abituriyentlərin texniki, iqtisad və idarəetmə ixtisaslarına marağının nə dərəcədə yüksək olduğunu göstərir və qeyd etmək lazımdır ki, bu maraq ildən-ilə heç də zəifləmir".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"QARA PLYONKA" məsələsinə nöqtə! - FOTO

20

Avqust
16:55
NƏQLİYYAT
550

Tikinti icazəsi "Bir pəncərə" sisteminə keçir

20

Avqust
15:42
HÜQUQ,HADİSƏ
763

Smartfonun beynin məhsuldarlığına təsiri öyrənilib

20

Avqust
15:05
AİLƏ, SAĞLAMLIQ
1483

Hirkan Milli Parkında yanğın başlayıb

20

Avqust
14:13
HÜQUQ,HADİSƏ
164

Bakıda kirayə evlər ötən aydan bahalaşıb

20

Avqust
14:10
İQTİSADİYYAT
1755

Füzulidə top mərmisi tapılıb

20

Avqust
14:07
HƏRB
792

BMT-dən fillərlə bağlı QADAĞA

20

Avqust
12:56
MARAQLIDIR
222

Ötən gün yol qəzalarında 2 nəfər ölüb

20

Avqust
12:49
HÜQUQ,HADİSƏ
190

Avqustun 21-ə gözlənilən hava proqnozu

20

Avqust
12:41
ÖLKƏ
231

Bakı metrosunda işıqlar söndü

20

Avqust
12:40
HÜQUQ,HADİSƏ
195
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 00:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru