Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Mart

2015
16:24
Müəllimlərin maaşlarının 2 dəfə artırılması üçün hökumətə təqdimat verildi - RƏSMİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi müəllimlərin əmək haqlarının artımı ilə bağlı yaranan suallara aydınlıq gətirib.

Təhsil İdarəsindən APA-nın sorğusuna cavabda bildirilib ki, ölkə başçısının sərəncamına əsasən ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşlarının orta hesabla 2 dəfə artırılması barədə qərar qəbul edilib. Sərəncamın icrası ilə bağlı müəllimlərin dərs yükü normasının və maaşların yeni dərəcələrinə dair sənədlər paketi hazırlanıb. Sənədlər paketi Təhsil, Maliyyə, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri arasında razılaşdırılaraq hökumətə təqdim edilib. Yeni norma tətbiq ediləndən sonra belə müəllimlərin 1 dərs saatının dəyəri orta hesabla 35% artacaq.

Müvafiq sənədlər təsdiq edildikdən sonra artımla bağlı olan fərq 1 yanvar 2015-ci il tarixindən hesablanıb ödəniləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb

27

May
16:40
BÖLMƏNİ DÜZ SEÇ!
223

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
316

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
301
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 07:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru