Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Fevral

2015
21:51
Bir addımlığımızda olan təhlükə - VİDEO

Evdə oyuncaq hesab edib telefon adapteri ilə oynayan 3 yaşlı qızcığaz cihazın keçirdiyi elektrik nəticəsində dünyasını dəyişdi.Bəs telefona 5 volt enerji verən adapter uşağı necə öldürə bilər? “Xəzər Xəbər” bir addımlığımızda olan təhlükəni araşdırıb.

Elektrik şəbəkəsinə qoşulu qalan adapterin telefona taxılan hissəsini ağzına qoyması 3 yaşlı körpə qızın ölümünə səbəb oldu. Atası isə cəsədini qucağına alaraq çəkdirdiyi şəkillə digər valideynlərin eyni kədəri yaşamaması üçün xəbərdarlıq etdi.

Sosial şəbəkələrdə sürətlə yayılan foto görənləri həm qəhərə boğdu, həm də düşündürdü.

Mütəxəssislər bildirir ki, satışda olan adapterlərin əksər hissəsi orijinal deyil. Bu səbəbdən də adapterlərdəki xüsusi sistem keyfiyyətsiz məhsullarda elektrik cərəyanını normal ötürə bilmir. Buna görə də əslində çox adi bir əşya saydığımız adapter elektrik şəbəkəsinə qoşulu qaldığı halda istənilən insan üçün həyati təhlükə yaradır.

Bədbəxt hadisələrin yaşanmaması üçün telefon enerji yığdıqdan sonra adapteri elektrik şəbəkəsindən ayırmaq məsləhət görülür. Bu məsələdə xüsusilə evlərində azyaşlı uşaqları olan valideynlərin daha diqqətli olması tövsiyə edilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
331

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
316
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 12:16





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru