Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Fevral

2015
17:05
İran mediası Xocalı soyqırımından yazdı - FOTO

Azərbaycan xalqının Qarabağ müharibəsi zamanı üzləşdiyi ən faciəvi hadisələrdən biri olan Xocalı soyqırımının 23-cü ildönümüdür. Bu faicə ilə əlaqədar olaraq bütün dünya ölkələrinin tanınımış media orqanlarında məqalələr və araşdırmalar dərc olunub. FaktXəbər-in məlumatına görə, qonşu İran İslam Respublikasının media orqanlarında da bu barədə geniş məqalələr yer alıb. İranın dövlət telekanalı olan İRİB-in rəsmi saytında araşdırmaçı jurnalist Qəhrəman Nurani "Xocalı faciəsi: 20-ci əsrin müsəlman soyqırımları sırasında" təhlil hazırlayıb. O yazır: "Xocalı faciəsi Azərbaycan Respublikası ilə Ermənistan arasındakı münaqişənin acı hadisələrindən və 20-ci əsrdə müsəlmanlara qarşı törədilmiş genosid xarakterli tragediyalardan biridir. Bu acı hadisədə 613 nəfər şəhid, 487 nəfər əlil oldu və 1275 mülki şəxs, o sıradan yaşlı, uşaq və qadın Ermənistan qüvvələrinin əsirliyinə keçdi. Eyni zamanda, 150 nəfər itkin düşdü və bu günədək onların taleyi haqda heç bir xəbər yoxdur."

Qeyd edək ki, bundan əlavə "Qafqaz Mədəniyyət Mərkəzinin İnternet Qəzeti" olan Qafqaz.ir portalı, Beynəlxalq Səhər Kanalının internet portalı, "Aran" agentliyi, Aztabriz.irib.ir portalı, "Əhlibeyt Xəbər Agentliyi" - ABNA saytı, "Aran radiosu" - aran.irib.ir portalı da Xocalı soyqırımı ilə bağlı məlumatlar və şeir yayımlanıb.

 

 

 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kuba Kastrosuz qaldı

17

Aprel
12:54
DÜNYA
568

Azərbaycan nefti bahalaşıb

17

Aprel
11:32
BÖLMƏNİ DÜZ SEÇ!
435

Ramazan ayının 4-cü gününün duası - AUDİO

16

Aprel
20:00
MƏNƏVİYYAT
520

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Aprel
15:13
İQTİSADİYYAT
532
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-04-2021 06:42





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru