Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Fevral

2015
22:00
Elə rəqəmlər var, görəndə yer adamın ayaqlarının altından qaçır...

"Süni qiymət artımı" mövzusu gömrükdəki ciddi problemləri yenidən aktuallaşdırıb.

Dəqiq məlumatı və obyektiv mövqeyi olan media təmsilçilərinə və ekspertlərə tam aydındır ki, əgər qiymətlərin əsassız şişirdilməsi varsa, səbəbini idxal üzərində inhisarçılıqda axtarmaq lazımdı. Sadə bir sxemə baxın: şəhərin hər kvadrat kilometrinə azı 10-15 market, bəlkə elə o qədər də aptek düşür. Onların hamısının eyni vaxtda bütün qiymətləri öz aralarında, sonra isə qonşu rayonların ərazilərindəki oxşar obyektlərdə qiymət sövdələşməsinə getməsi fiziki olaraq mümkünsüzdü. Əksinə, hətta bir-birilə qonşu olan pərakəndə satış obyektləri daha ucuz satmağa çalışır ki, müştərilərin çoxunu özünə cəlb eləsinlər.

Lakin idxalla 1-2 deyil, onlarla şirkət məşğul olsa idi, bu şirkətlər pərakəndə satış məntəqələri uğrunda mübarizə aparar, pərakəndə satış məntəqələri isə ən ucuz və keyfiyyətli idxal məhsulu təklif edən idxalçı şirkətlərdən məhsul almağa can atardı. Amma reallıq budur ki, pərakəndə satış şəbəkəsinin seçim imkanı ən yaxşı halda 3-5 şirkət arasındadı.

Gömrüklə bağlı əldə etdiyim ən yeni məlumatlar da bazardakı qiymət artımlarının bilavasitə idxalatçılardan dolayı yarandığını söyləməyə əsas verir. 2014-cü ildə ölkəyə kartofun hər kiloqramı 5.1 qəpiyə idxal olunub. Bu daxili bazar qiymətlərindən 15-16 dəfə ucuzdu. Ev quşlarının ət və ət əlavələrinin hər kiloqramı 59 qəpiyə idxal olunub. Bu daxili bazar qiymətlərindən 5-6 dəfə ucuzdu. Kərə yağının hər kiloqramı 1.9 manata idxal olunub. Bu daxili bazar qiymətlərindən azı 3 dəfə ucuzdu.

Pərakəndə satış şəbəklərinin maksimum 25-30% qazanca işlədiyini hər kəs bilir. Deməli aradakı fərq idxalatçılarındı.

Başqa bir məsələ də var: bu idxalatçılar özlərinə lazım olanda idxalın hansısa hissəsini leqallaşdırmağa belə ehtiyac görmürlər. 2014-cü ildə Azərbaycana düyü idxalı 2013-cü illə müqayisədə birdən-birə 2.7 dəfə azalıb - 18 min tondan 6.6 min tona enib. Nəzərə alsaq ki, Azərbaycan düyü ehtiyaclarının ən yaxşı halda 10%-ni daxili istehsal hesabına ödəyir, deməli idxalın belə kəskin azalmasından şübhələnmək üçün ciddi əsaslar var. Bəlkə bu da pərakəndə ticarətçilərin möhtəkirliyinin nəticəsidi?

Rövşən Ağayev / iqtisadçı

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
20687

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
19287

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
20652

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
20213

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
25751

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
20211

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
20371
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-08-2020 11:42





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru