Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Fevral

2015
10:28
Qəza şəraiti yaradan YPX - VİDEO

Bu hadisə 24 Fevral 2015-ci il tarixində Afiyəddin Cəlilov,Yusif Səfərov küçələrinin kəsişməsində saat 15:17 radələrində baş verib. 

Afiyəddin Cəlilov küçəsi ilə hərəkət edən avtomobillər svetoforun qırmızı işığında dayanırlar. Bu zaman həmin küçədə xidmət aparan YPX əməkdaşı sürücülərə “SÜR” əmrini verir. 

Videodan göründüyü kimi bir sürücü ağ rəngli Hyundai markalı avtomobildə YPX əməkdaşının əmrinə tabe olur. 

Lakin YPX əməkdaşı Yusif Səfərov küçəsi ilə gələn avtomobillərə “DUR” əmri vermədiyi üçün qəza şəraiti yaranır. Qanuna əsasən YPX bu yolu nizamlayan zaman bir istiqamətdə gələn avtomobilləri saxlamalı, digər istiqamətdən gələn avtomobillərə isə “sür” əmri verməli idi. Bu şəraitdə qəza yaranardısa o zaman YPX inspektoru məsuliyyət daşıyacaqdı. 

Əgər ağ rəngli Hyundai markalı avtomobilin sürücüsünə qırmızı işıqda keçdiyinə görə cərimə haqqda protokol gələrsə o zaman bu sürücü videodan istifadə edərək həmin protokolu ləğv edə bilər. Çünki burada sürücü qanuna əsasən nizamlayıcının əmrini əsas tutmuş və svetoforun qırmızı qadağanedici siqnalının qüvvədən düşmüş hesab etmişdir. Qanunla bu sürücü düzgün qərar verib.

Son olaraq yolayrıclarında hərəkət zamanı digər istiqamətlərdən nəqliyyat vasitələrinin gəlmədiyinə əmin olun. Hətta  YPX “sür” əmri versə belə./avtostop

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48593

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46633

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
48271

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47882

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
53384

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47487

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47860
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-10-2020 09:14





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru