Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Fevral

2015
22:59
2864
Devalvasiya bitdi, yaşasın devalvasiya - MÖVQE
Samir Əliyev: "Manatın taleyini neftin qiyməti həll edəcək"

Ölkə prezidenti Mingəçevir səfərində çıxışı zamanı son 2-3 gündə dolların məzənnəsinin aşağı salınması (təxminən 90 qəpiyə) ilə bağlı əhalidə yaranmış gözləntilərə birdəfəlik son qoydu. Bununla da Mərkəzi Bankın razılıq əsasında bu addımı atması öz təsdiqini bir daha tapdı. Neftin ucuzlaşması və Rusiyada baş verən böhranın Azərbaycana mənfi təsiri ilə bağlı ekspertlərin aylarla səsləndirdiyi fikirləri ən yüksək səviyyədə bir daha etiraf olundu. Manat devalvasiyaya uğradı. Hökumətin manatı “bir az ucuzlaşdırması” nə az, nə çox 33,5% oldu. Manat bir daha dollardan baha olmayacaq.

İndi yeni situasiya başlayıb. Daha doğru ötən ildən baslayan proses yeni ladda davam edəcək. Devalvasiya məsələsi bununla gündəmdən düşmədi, yenidən gündəmə mindi. Biz həmişə devalvasiyanın ya kəskin, ya da yumşaq olacağını söyləsək də, hökumət hər ikisini həyata keçirdi. Əvvəl yumşaq, sonra kəskin.

Bundan sonra manatın taleyi necə olacaq? Köhnə fikrimizdə bir daha qalırıq. Son sözü neftin qiyməti deyəcək. Neft bahalaşsa, yəni 70 dollardan yuxarı çıxsa, sabitlik yaranacaq. Ancaq indiki səviyyədə manatın yumşaq ucuzlaşması davam edəcək. İlin sonuna kimi manat ən azı 10% ucuzlaşacaq. Böyük ehtimalla dollar 1,2 manata qədər bahalaşacaq. Neft 40 dollar həddinə yaxınlaşsa manatı ikinci devalvasiya təhlükəsi gözləyir.

Sabahdan başlayaraq dollar satışı azalacaq. Hətta bir müddətdən sonra dollara tələbat yenidən artacaq. Əmanətlərdə dolların payı artacaq, manatın payı azalacaq. Ən əsası manata olan etibar əvvəlki səviyyədə olmayacaq. Manat illərlə qazandığı etibarı bir gündəcə itirdi. Ən pisi odur ki, hökumət bundan sonra əhalini heç zaman iqtisadi sabitliyə inandıra bilməyəcək.

Samir Əliyev / iqtisadçı-ekspert

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
146

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1757

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
308

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1218

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
376
Şərhlər
Nadir Vəliyev tərəfindən 25-02-2015 15:06:48 tarixində yazıldı
Bizim ödəmə tam olmasa nə olacaq?
Bank of Baku mənim müraciət əsasında mənə ailə krediti ayırdı təbiiki aylıq büccəmə uyğun. 2 aydırki aldığım əmək haqqımdan ödənişi vaxdı-vaxdında ödəyirdim amma bu ay ödəməni verməyə çətinliy çəkirəm onagörəki mənim aldığım əməyhaqqı banka aylıq ödəyəcəyim borcu ödəmir.. Biz nə edəy ?????
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2019 19:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru