Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Fevral

2015
15:22
Fransa paytaxtının səmalarında naməlum pilotsuz təyyarələr görünüb

Fransa/ FaktXəbər-in verdiyi məlumata görə, Paris səmalarında  naməlum pilotsuz təyyarələr görünüb. Polis bildirir ki, gecə yarısından başlayaraq sübh saat 6.00-a kimi  şəhərin müxtəlif rayonlarında naməlum dronlar görünüb. Ümumilikdə onların 5-i qeydə alınıb: Aparatlardan biri  ABŞ səfirliyinin üzərində bir müddət dayanıb, qalanları isə  Eyfel qülləsinin olduğu ərazidə  və Razılıq  meydanında müşahidə edilib.

Hüquqmühafizəçilərin sözlərinə kimi indiyə qədər bir gecədə bu qədər PUA görünməyib. Onlar bunun planlaşdırılmış aksiya da ola biləcəyini istisna etmirlər. Polislər  dronların murşrutunu izləmək və onların operatorlarını tapmaq isəsələr də, bu, mümkün olmayıb. Parisin hava nəqliyyatı jandarmeriyası və cinayət polisi işi araşdırır.

Qeyd edək ki, son aylarda bu Fransada ilk belə hadisə deyil. Belə ki, elektrik stansiyalarının yanında onlarla  dron görünüb, yanvarın 20-də isə PUA Prezident Aparatının üstündən uçub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2018 02:25



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com