Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Fevral

2015
15:09
1592
İflasa uğramış ölkə iqtisadiyyatı və harın məmur balaları

Qəflətən manatın dəyərinin ucuzlaşması əhalidə çaşqınlıq yaratmaqla yanaşı, ölkə iqtisadiyyatını demək olar ki, tamamilə dondurmuş hala saldı. Bu o deməkdir ki, Azərbaycanda sərmayə yatırmaq və iş qurmaq olduqca təhlükəlidir. Qiymətlər getdikcə artır, heç kəs pul xərcləmir, gömrükdə demək olar fəaliyyət dayanıb. Əhali arasında xüsusi gərginlik müşahidə olunur. Heç kəs bilmir sabah vəziyyət bundan da pis olacaq, yoxsa yox.

Onsuz da Azərbaycan xalqının əksər bir hissəsi olduqca çətin durumda yaşayır. Məhz bu səbəbdən ölkəni tərk edərək, digər yerlərdə çörək pulu ardınca gedənlərin sayı milyonları ötüb keçib. Təsəvvür edin ki, bu qədər təbii sərvətə malik olan Azərbaycanda bir iri şəhər boyda cəmiyyət yaşayır. Bu cəmiyyətin yarısı isə xaricdə, vətənindən didərgin düşüb, ailəsini tərk etmək məcburiyyətində qalaraq, özünü dolandırır. Məmur balalarının villaları, maşın və əyyaşlıq üçün xərclədiyi pullar isə milyonlarla ölçülür. Hələ bu balalarıdır!

Yadınızdadırsa, bir müddət öncə ölkədə yumurtanın qiyməti 30 qəpiyə qalxmışdı. Dövlət başçısı səviyyəsində məsələ müzakirəyə çıxarılaraq buna səbəbkar olanların cəzalandırılması istənildi. Bəs indi niyə qalxan qiymətlərlə bağlı səs çıxmır? Ölkədə iqtisadi vəziyyətin ən kritik həddə olduğu bir halda xalqa cavabdeh olan hökumət özünü sanki heç nə olmamış kimi aparır. Bu isə insanları daha da narahat edir.

Görünən budur ki, Elman Rüstəmov qurbanlıq kimi seçilib. İşlər xarablasa, ola bilsin hər şeyi onun üstünə ataraq xalqı sakitləşdirməyə çalışacaqlar. Hər halda Allah Azərbaycan xalqını məmurlara möhtac qoymasın. Yazıq millətin onsuz da min bir dərdi var. Hazırkı durum isə onların dərdlərini daha da artırdı.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xarici valyutaların manata qarşı məzənnələri

19

Avqust
09:38
İQTİSADİYYAT
30

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
268

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1891

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
410

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1353
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 10:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru