Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Fevral

2015
12:38
Deputat: `Bahalı polis maşınlarındansa, texnika almaq məqsədəuyğundur”

Qarlı qış günlərində ölkənin elektrik enerjisində yaranan problemlər deputatları da dilə gətirdi. Milli Məclisin bu gün keçirilən iclasında deputat Elmira Axundova elektrik enerjisinin keyfiyyəti ilə bağlı problemlərə toxunub. O, qeyd edib ki, Azərbaycan bölgələri ekstremal hava şəraitinə uyğun deyil.

“Salyan, Lənkərən, Cəlilabad və Masallıda elektrik təchizatı ilə bağlı ciddi problemlər yaranıb. Hazırda yenilənmə işləri görülür. Ancaq bu işlər ləng aparılır. Güman edirəm ki, “Azərişıq”-ın yeni sədri bu məsələləri nəzərə alacaq və qısa zamanda yaranmış problemləri həll edəcək”.

Deputat onu da deyib ki, qarlı havalar göstərdi ki, rayonların kommunal təssərüfatı yüksək səviyyədə deyil.

“Kəndlərarası, rayonlararası yollarda qar təmizləyən texnikalar yoxdur. Bu səbəbdən bir çox yol nəqliyyat hadisələri baş verir. Bahalı polis maşınları almaqdansa, bu cür texnikalar almaq daha məqsədəuyğundur”,-deyə Elmira Axundova qeyd edib. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3898

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2811

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2247

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1897
Şərhlər
Zaur Məmmədov tərəfindən 25-02-2015 11:48:07 tarixində yazıldı
müzakirə
Seçkiye az qalıb ya da camaatı axmaq yerine qoyub. Camaat infiliasiyadan danışır, bunun isə müzakirə etməyə mövzusu var
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-04-2020 20:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru