Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Fevral

2015
11:11
1247
Oliqarxların ət savaşı - ANALİZ

Broyler toyuqlardan bəhs edən videonun gizlinləri üzə çıxdı; Son vaxtlar sosial şəbəkələrdə yayılan, sonradan peşəkar mediaya ayaq açan “zərərli toyuqlar videosu” barədə maraqlı məlumatlar; bunun arxasında qırmızı ət bazarına nəzarət edən monopolistlərin, gömrük boslarının dayandığı barədə iddialar var 

2015-ci ilin yanvar ayında Azərbaycana ət idxalı kəskin artıb. Dövlət Gömrük Komitəsinin rəsmi məlumatına görə, yanvar ayında ölkəmizə 1 milyon 967 min dollarlıq ət idxal olunub. Bu da 2014-cü ilin yanvar ayı ilə müqayisədə 4,2 dəfə və ya 1,5 milyon dollar çoxdur. 2014-cü ilin yanvar ayında ölkəmizə 468.94 min dollarlıq ət idxal olunmuşdu.

Azərbaycana 2011-ci ilin yanvarında 1,291 milyon dollarlıq, 2012-ci ilin yanvarında 2,084 milyon dollarlıq, 2013-cü ilin yanvarında isə 920 min dollarlıq ət idxal olunmuşdu.

Yanvar ayında Azərbaycana kərə yağı idxalı 3 dəfəyə yaxın artıb. Əgər 2014-cü ilin yanvarında ölkəmizə 898,37 min dollarlıq kərə yağı idxal olunmuşdusa, bu ilin yanvarında idxalın həcmi 2 milyon 6560 min dollar təşkil etmişdir.

*** 

Bu rəsmi məlumatı yazının girişinə verməyimiz təsadüf deyil. Qırmızı ətin idxalının artmasının arxasında oliqarxların mövqe və informasiya savaşının dayandığı haqda məlumat əldə etmişik.

Etibarlılığına şübhə etmədiyimiz mənbənin iddiasına görə, son aylar davamlı olaraq broyler sənayesinin ictimai rəydə qınaq obyektinə çevrilməsi boşuna deyilmiş. Mənbə bildirir ki, broyler toyuqlarının zərərindən bəhs edən videonun sosial şəbəkələrdə yayılmasının, sonradan video-materialın peşəkar mediaya da ayaq açması qırmızı ət monopolistlərinin oyunudur. Xatırladaq ki, broyler toyuqlarının zərərləri haqda məlum video xeyli müddətdir ki, youtube, facebook və digər sosial şəbəkələrdə dolaşırdı. Son vaxtlar həmin videolar mətbuatın da diqqətini cəlb etdi. Bundan sonra Azərbaycanda fəaliyyət göstərən əksər qəzet və saytlar, hətta telekanallar broyler toyuqlarının zərəri haqda geniş materiallar verməyə başladı. Bu materiallarda həkim rəyi ən başda gəlir. Doktorlar bildirirlər ki, broyler toyuqları xərçəng yaradır, ağır xəstəliklərə səbəb olur və s. Bu informasiya məlum videonun müşayiəti ilə ictimai şüura yeridildikdən sonra broyler toyuqlarından kütləvi imtina baş verib. Nəticədə bazarda qırmızı ət önə keçib.

Mənbəmiz bildirir ki, qırmızı ət monopolistləri vergi, gömrük və digər inzibati resurslardan yararlanmaqla onsuz da broyler təsərrüfatına ciddi problemlər yaradırlar, bir yandan da bu cür videolar bu sahəni az qala çökdürsün. “Bir vaxtlar quş qripi kampaniyası broyler təsərrüfatına ciddi zərbələr vurdu, indi də toyuqların zərəri, onların iynə ilə şişirdilib satışa çıxarılmasından bəhs edən video-materiallarla bu sahəni birdəfəlik sıradan çıxarmağa çalışırlar” - deyə mənbə deyir. Onun sözlərinə görə, videoda bir qadın danışır ki, baxın, bir toyuğa 400 qram maye vurulur: “Hansı sahibkar özünün anti-reklamı ilə məşğul olar? Niyə kimsə öz təsərrüfatında gizli prosesi çəkib xalqa göstərsin. Bu, açıq-aşkar təxribatdır və ortada rəqib sahənin adamlarının maraqlarının dayanması şübhə doğurmur”. 

Ekspertlər bildirir ki, bazardan toyuq ətinin sıxışdırılması, qara PR-la broyler təsərrüfatının vurulması Azərbaycanda ət və ət məhsullarının sürətlə bahalaşmasına səbəb olacaq. 

“Onsuz da son proseslər, yəni manatın dəyərdən düşməsi Azərbaycanda qiymət artımına səbəb olacaq. Yaxın günlərdə elə bir sahə olmayacaq ki, orda qiymət artmasın. Zatən son 3 gündə xeyli məhsulun satış qiymətində kəskin artım müşahidə olunur. Bu, ətin qiymətindən də yan keçməyəcək. Bir yandan da monopolistlər əllərində olan resurslardan istifadə edərək öz rəqiblərini süni şəkildə bazardan sıxışdırıb çıxarırlar. Bunun da nəticəsində qırmızı ət kəskin şəkildə bahalaşacaq. Bunun da ziyanı heç şübhəsiz sıravi insanlara dəyəcək” - deyə iqtisadçı ekspert Qadir İbrahimli mövzunu “Yenİ Müsavat”a şərh edərkən bildirib. Q.İbrahimlinin sözlərinə görə, mətbuat bu cür qara PR kampaniyalarına diqqətli olmalı, yayılmış bu cür video materialların hansı məqsədlə ictimailəşdirilməsini saf-çürük edəndən sonra bunu tirajlamalıdır: “Guya qırmızı ət sənayesi yaxşı vəziyyətdədir ki? Xaricdən mənşəyi bəlli olmayan ət gərirlər, bilinmir nə ətidir. Bunu da restoranlara, dönərxanalara, digər iaşə obyektlərinə, hərbi hissələrə satırlar. Bilmirik nə yeyirik, hansı heyvanın ətini bizə təklif edirlər. Broyler də olsa ən azından bilirik ki, toyuq ətidi, amma qırmızı əti ayırd etmək çətindi, bəlkə də oliqarxlar bizə mal əti adı ilə eşşək əti yedirir, kim bilir...”  

Q.İbrahimli deyib ki, broyler şirkətlərini müdafiə etmək fikri yoxdur: “Bu sahədə də çatışmazlıq var. Bu da qanunla, müəyyən qaydalarla tənzimlənməlidir. Daha monopolistlərin öz bizneslərini çiçəkləndirmələri üçün qara texnologiyalardan istifadə etmələri yolverilməzdir. Rəqabət mühiti yaradılmalı, kim davam gətirə bilirsə bazarda o qalmalıdır. Süni vasitələr sonda xalqın cibinə və canına ziyan vurur”. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
144

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1755

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
306

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1215

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
374
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2019 19:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru