
Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı bir qrup azərbaycanlı gənc maraqlı və təsirli video-çarx hazırlayıb.
FaktXəbər-in məlumatına görə, üüzlərlə dinc sakinin erməni silahlı qüvvələri tərəfindən vəhşicəsinə qətlə yetirilməsi, dözülməz işgəncələrə məruz qalması və doğma yurd-yuvalarından didərgin düşməyə məcbur edilməsi ilə XX əsrin ən böyük faciəsi kimi tarixə yazılan Xocalı soyqırımı gənclərin gözü ilə bir daha fərqli formada təqdim edilib.
"Bizi Unutma" adlı həmin layihə Müasir Gənclər klubunun və Xocalı Soyqırımı (Justice for Khojaly) səhifəsinin birgə əməkdaşlığı nəticəsində ərsəyə gətirilib və Xocalı Soyqırımının 23-cü anım ili üçün hazırlanıb. Bu barədə FaktXəbər-ə MGK-nın meneceri Orxan Ramaldanov məlumat verib.
Onun sözlərinə görə, bu layihə Xocalı Soyqırımı zamanı öz gələcəklərindən, arzularından və həyatlarından məhrum olan azyaşlı həmvətənlərimiz simasında soyqırımda dünyasını dəyişən hər bir soydaşımıza həsr olunur.
Qeyd edək ki, video-çarxın ssenari müəllifi Anar Abdulov, rejissoru isə Cavad Salmanlıdır.

Xarici ölkələrdəki müqəddəs yerlərə ziyarətlərin təşkili qaydası müəyyənləşir
23
Aprel
Hərbi hissələrdə din xadimlərinin fəaliyyətinə hansı hallarda yol verildiyi açıqlanıb
23
Aprel
Parlamentdə “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər müzakirə olunur