Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Fevral

2015
11:01
“Oskar” təqdimatı: ilin ən yaxşı filmi “Berdman” seçildi

Los-Ancelesdə Amerika Kino Akademiyasının nüfuzlu “Oskar” kino mükafatının 87-ci təqdimetmə mərasimi keçirilib. Mərasimdə 20-dən artıq nominasiyada “Oskar” mükafatı verilib.

“Qrand Budapeşt oteli” filmi “Ən yaxşı geyim rəssamı”, “Qrim və saç düzümü”, “Ən yaxşı quruluşçu rejissor” və “Ən yaxşı film musiqisi” nominasiyalarında 4 “Oskar”a layiq görülüb.

Ən yaxşı ikinci rol nominasiyasında mükafat “Mübtəlalıq” filmində yaratdığı obraza görə Cey Simmonsa və “Yeniyetməlik” filmində ifaya görə aktrisa Patrik Arketə təqdim olunub.

Pavel Pavlikovskinin “İda” filmi isə “Ən yaxşı xarici film” nominasiyasında “Oskar” alıb.

Münsiflərin seçiminə əsasən “Telefon zəngi” ən yaxşı qısametrajlı film hesab olunub.

Ən yaxşı animasiya filmi isə “Qəhrəmanlar şəhəri” seçilib.

Ən yaxşı sənədli filmə görə Oskar “Vətəndaş dörd” filminə verilib.

“Selma” filmi ən yaxşı mahnı nominasiyasında yüksək mükafata layiq görülüb.

“Ən yaxşı ssenari”yə görə “Oskar” “Berdman” filminə təqdim olunub.

“Nadanlığın gözlənilməz üstünlüyü” filminə görə Alehandro İnyaritu ən yaxşı rejissor seçilib.

İlin ən yaxşı aktyoru Eddi Redmayn, ən yaxşı aktrisası isə Culiana Mur olub.

Sonda aktyor Şon Pen ilin ən yaxşı filminin adını çəkib. Bu, “Berdman” filmidir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
386

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
735
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 07:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru