Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Fevral

2015
14:51
Liviya mediası ABŞ-ın İŞİD-ə yardım etməsi ilə bağlı VİDEO-FAKT yaydı

Liviya/ FaktXəbər-in verdiyi məlumata görə,Liviya mediası ABŞ-ın İŞİD-ə yardım etməsi ilə bağlı video yayıb. Belə ki, Misirlə sərhəddə çəkilmiş kadrlardan ətrafa səpələnmiş halda çoxlu sayda silah sursat, o cümlədən  pulemyot, minaatan, Katyuşalar, raketlər görünür. Şahidlərin sözlərinə görə, bunları ABŞ təyyarələri atıb.

Telekanal bu videonu ABŞ və Qətərin İŞİD terror təşkilatına köməyinin daha bir sübutu adlandırıb.

Xatırladaq ki, Misir HHQ-nin Liviyada İŞİD terror qruplaşmasının mövqelərini bombalaması barədə Ərəb Dövlətləri Liqasının iclasında keçirilən diskusiyalardan sonra Qətər hökuməti Qahirədən səfirini geri çağırıb.

Qətər XİN  nümayəndəsi bildirib ki, bu addıma səbəb  Misir təmsilçisinin  ƏDL-dəki bəyanatıdır. FaktXəbər-in Al-Jazeera telekanalına istinadən məlumatına görə misirli nümayəndə  Qətəri terroru dəstəkləməkdə ittiham edibmiş.

Qeyd edək ki, bazar günü sosial şəbəkələrdə  İŞİD-in  Liviyada ələ keçirdikləri 21 misirli xristianın edamı ilə əlaqədar  video yayılmışdı. Misir prezidenti Əs-Sisi televiziya ilə xalqa müraciətdə bildirmişdi ki, Qahirə cavab vermə  hüququnu özündə saxlayır. Bundan dərhal sonra  Misir aviasiyası  Liviyanın  Derna  şəhərində  terrorçuların bazasına hücumlar həyata keçirmişdi.

Yeri gəlmişkən, İraq Hizbullah Hərəkatı yer-hava raketləri əldə etdiklərini və bununla İŞİD-ə yardım edən təyyarələri vuracağaqlarını bəyan ediblər.



Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dərsliklər təhvil verilmə vaxtı məlum oldu

02

İyun
17:31
ELM / TƏHSİL
250

İyunun 3-də dolların manata qarşı məzənnəsi

02

İyun
17:23
İQTİSADİYYAT
197

DİN metrodakı hadisə ilə bağlı açıqlama verdi

02

İyun
16:58
HÜQUQ,HADİSƏ
273

Masallının prokuroru işdən çıxarıldı

02

İyun
16:18
HÜQUQ,HADİSƏ
287

Salyanda avtomobil yolu yenidən qurulur

02

İyun
14:45
NƏQLİYYAT
247

Taliban lideri koronovirusdan ölüb

02

İyun
13:13
DÜNYA
528
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-06-2020 03:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru