Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Fevral

2015
14:42
1026
ATƏT-in Qarabağ bəyanatı

ATƏT-in Minsk Qrupunun Həmsədrləri fevralın 16-19-da regiona səfərləri ilə bağlı yekun bəyanat veriblər.

FaktXəbər-in ATƏT-in saytına istinadla verdiyi məlumata görə, həmsədrlərə ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşik də qoşulub.

Həmsədrlər Dağlıq Qarabağla bağlı prezidentlər, xarici işlər nazirləri və Azərbaycan və Ermənistan Müdafiə Nazirləri, habelə qondarma rejimin "hakimiyyət"i ilə görüşüblər. Həmsədrlərin səfərinin əsas məqsədi yanvar ayında cəbhə xəttində təhlükənin artmasından sonra atəşkəs rejiminə ciddi əməl etmək barədə tərəflərə müraciət idi.

Həmsədrlərlə müzakirələr zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiq olduqlarını təsdiqləyiblər. Prezidentlər həmçinin həmsədrlərin atəşkəsi gücləndirə biləcək təkliflərini nəzərdən keçirmək barədə razılığa gəliblər.

Həmsədrlər bu ilin sonunda prezidentlərin nəzərdə tutulan görüşü ilə bağlı hazırlıqları xarici işlər nazirləri ilə müzakirə ediblər.

Həmsədrlər Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərlə bağlı məsələləri müzakirə etmək üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə də görüşüb. Onlar 2014-cü ilin oktyabrında BQXK-nın himayəsi altında itkin düşmüş şəxslərin informasiya mübadiləsi barədə Parisdə Sammit zamanı əldə olunan razılaşmanın vacibliyini qeyd ediblər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
121
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 09:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru