Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Fevral

2015
12:35
1282
Təhsil Nazirliyindən Qarabağ turu – FOTO

Fevralın 19-da Təhsil Nazirliyi tərəfindən Xocalı soyqırımının 23-cü ildönümü ərəfəsində cəbhəyanı ərazilərdəki təhsil müəssisələrinə təşkil olunmuş mediatur başlayıb.

Müdafiə Nazirliyi ilə birgə Ağcabədi, Ağdam və Tərtər rayonlarına təşkil olunan səfərdə 30-dan çox KİV nümayəndəsi iştirak edir.

Mediatur çərçivəsində ilk görüş Ağcabədi rayonu Hindarx qəsəbəsindəki Milli Qəhrəman Etibar İsmayılov adına 1 nömrəli orta məktəbdə olub.

Media nümayəndələri məktəbdə keçirilən bir neçə dərsdə iştirak ediblər. Gənclərin çağırışaqədərki hazırlığı dərsində şagirdlərə Xocalı faciəsi, eləcə də döyüşlərdə istifadə edilən silah-sursat barədə geniş məlumat verilib.

Bildirilib ki, Hindarx qəsəbəsi təmas xəttindən 15 kilometr məsafədə yerləşir. Etibar İsmayılov adına 1 nömrəli orta məktəbdə 729 şagird təhsil alır. Ötən il məktəbin 14 məzunu tələbə adını qazanıb.

Daha sonra mediatur iştirakçıları Ağdam rayonu Çəmənli kəndindəki Ziyəddin İsgəndərov adına orta məktəbdə olublar. Qonaqlar tədris ocağında Gənclərin çağırışaqədərki hazırlığı və Riyaziyyat dərslərini izləyib, müəllim, şagird və kənd sakinləri ilə görüşüblər.

Tədrisdə fərqlənən şagirdlərə Təhsil Nazirliyinin hədiyyələri təqdim edilib.

KİV nümayəndələri fevralın 20-də Ağdam rayonu Qaradağlı kəndindəki Ayaz Abbasov adına orta məktəbində olublar.

Şagirdlərlə görüşən jurnalistlər onların dərslərinin kefiyyəti ilə maraqlanıb, təhsildə uğurlar arzulayıblar.

Daha sonra KİV nümayəndələri, Tərtər rayonu Qapanlı kəndindəki F.Həmidov adına orta məktəbə səfər edəcək və bölgədəki “N” saylı hərbi hissədə şagirdlərin əyani Gənclərin çağırışaqədərki hazırlığı dərsini, həmçinin hərbi hissənin döyüş texnikasını izləyəcəklər.

Qeyd edək ki, səfərin təşkilində məqsəd dövlət başçısının “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası silahlı qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” sərəncamına uyğun olaraq, ölkədə informasiya təhlükəsizliyinin qorunması və ictimaiyyətin düzgün məlumatlandırılması işində kütləvi informasiya vasitələrinə şərait yaratmaqdan ibarətdir.

Mediatur çərçivəsində KİV təmsilçilərinin cəbhəyanı bölgələrdə yerləşən digər məktəblərin pedaqoji kollektivləri və şagirdləri ilə görüşü də təşkil olunacaq. Səfər zamanı pedaqoji kollektiv və şagirdlərin ölkəmizin ərazi bütövlüyü uğrunda göstərdiyi şücaətə görə Milli Qəhrəman adına layiq görülən insanlarla görüşünün keçirilməsi də nəzərdə tutulur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
121
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 09:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru